Yuxarı

İntihara cəhd edən şagirdlə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:46

Abşeron rayonunda şagird məktəbdə intihara cəhd edib.

APA-nın məlumatına görə, hadisə Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə qeydə alınıb.

Burada təhsil alan şagirdlərdən birinin binanın ikinci mərtəbəsindən özünü atdığı bildirilir.

Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, onlara məktəbin ikinci mərtəbəsindən şagirdlərdən birinin yıxılması barədə məlumat daxil olub. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

***

Abşeron rayonu Təhsil Şöbəsi şagirdin intihara cəhdi ilə bağlı məlumata münasibət bildirib.

Təhsil şöbəsinin mətbuat katibi Anar Nağıyevin verdiyi məlumata görə, Abşeron rayonu 2 saylı orta məktəbin 6-cı sinif şagirdi Nuriyev Zahid məktəbin yaxınlığındakı futbol meydançasının hasarına çıxarkən yerə yıxılıb.

"Ayağından xəsarət alan Z.Nuriyev 1 saylı Şəhər Kliniki Xəstəxanaya yerləşdirilib. Vəziyyəti normaldır. 2 saylı orta məktəbdə intihara cəhd olmayıb", - Nağıyev bildirib.

Tarix
2016.10.01 / 01:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla