Yuxarı

Sürücülər biləsuvarlıları talan edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Biləsuvar marşrutu üzrə hərəkət edən avtobuslarda özbaşınalıq davam edir.

Axar.az xəbər verir ki, bir müddət öncə bu barədə rayon sakini, jurnalist Surxay Şahbazovun şikayətini işıqlandırmışdıq.

Həmin yazıda Biləsuvardan Bakıya gəlmək üçün sakinlərin 2.91 manat verdiyi, lakin geri qayıdarkən isə onlardan 5 manat tələb olunduğunu yazmışdıq.

S.Şahbazov redaksiyamıza növbəti dəfə müraciət edərək problemin həll edilmədiyini deyib. Onun sözlərinə görə, rayon sakinləri dəfələrlə müraciət etsə də, aidiyyəti qurumlar problemi hələ də həll etməyib:

"Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Feysbuk səhifəsində müraciətimizə cavab verilib. Onlar Bakıda köhnə avtovağzal ərazisində "Biləsuvar vağzalı"nın qanunsuz fəaliyyət göstərdiyini təsdiq edib. Ancaq bununla bağlı araşdırma aparılıb-aparılmayacağı barədə məlumat verilməyib.

Başqa bir cavab isə Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-dən göndərilib. Bu ünvandan göndərilmiş cavab isə bundan ibarətdir:

"... Bildiririk ki, sürücülərə Tarif Şurası tərəfindən müəyyən edilmiş gediş qiymətlərinə və sərnişinlərə davranış qaydalarına əməl etmələri barədə ciddi xəbərdarlıq edilib və gələcəkdə belə hallar baş verərsə, həmin sürücüyə qarşı qanunverciliyə uyğun tədbir görüləcəyi nəzərlərinə çadırılıb".

Şikayətçinin sözlərinə görə, bu xəbərdarlıq sərnişinlərin hüquqlarını pozanlara maneə olmayıb:

"Bakı Beynəlxalq Avtovağzalında Biləsuvara gedən bir dənə də avtobus yoxdur. Gediş haqqı yenə əvvəlki kimidir - Biləsuvardan Bakıya 3 manat, Bakıdan Biləsuvara isə 5 manatdır".

Tarix
2016.10.03 / 11:59
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla