Yuxarı

"Dərnəgül"də yeraltı keçid açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində inşa olunan Bakı Metropoliteninin "Dərnəgül" elektrik deposu ərazisində yeraltı piyada keçidi istifadəyə verilib.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Axar.az-a verdiyi məlumatda bildirir ki, M.Əliyev küçəsi 3126-27-ci məhəllədə inşa olunan piyada keçidi ətraf ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır. Belə ki, sakinlər tikintisi davam edən "Dərnəgül" elektrik deposunun həyətindən keçən müvəqqəti yoldan istifadə edirdilər. Bu da xüsusilə yağışlı havada bir sıra çətinliklər yaradırdı. Gələcəkdə depo ərazisindən keçməyin mümkün olmayacağını və sakinlərin rahatlığını düşünən Bakı Metropoliteni rəhbərliyi yeraltı piyada keçidi tikmək haqqında qərar qəbul etmişdi.

Uzunluğu 154,36, eni 4, hündürlüyü isə 2,3 metr olan piyada keçidi artıq sakinlərin istifadəsinə verilib. Layihəsi "Bakı Metropoliteni" QSC nəzdində fəaliyyət göstərən "Bakımetrolayihə" İnstitutu tərəfindən hazırlanan piyada keçidi tikinti departamenti tərəfindən müasir standartlara cavab verən formada tikilib.

Tarix
2016.10.04 / 10:43
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla