Yuxarı

Qarovulçunu döydürən “Rənc Rover”li qadın: ad açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür medianın gündəmindən düşməyən hadisə barədə yeni təfərrüat ortaya çıxıb.

Axar.az xəbər verir ki, Bakının Zərifə Əliyeva küçəsi, 53 ünvanında, "Marriott Absheron" otelinin arxasında yerləşən elit yaşayış kompleksinin həyətində "Rənc Rover" sahibi olan xanımın döydürdüyü qarovulçunun adı açıqlanıb.

Virtualaz.org öz mənbələri ilə dəqiqləşdirib ki, döyülən qarovulçu 26 yaşlı Gülüşov Famil Fazil oğludur.

Hadisə necə olmuşdu...

Hadisə sentyabrın 23-ü, saat 16:00-da baş verib. ...003 dövlət nömrə nişanlı "Rənc Rover"lə gələn qadın həmin küçədə parklanma üçün ayrılmış ərazidə boş yer tapmadığından avtomobili yaşayış kompleksinin mühafizə olunan həyətinə sürüb. Qarovulçuya yaxınlıqdakı "Room" mebel mağazasına dəyib qayıdacağını deyib, ancaq oradan çıxıb gözəllik salonuna gedib və gec qayıdıb. Hadisənin şahidlərindən biri danışıb ki, görünür qadın gec qayıtdığından qarovulçu ona irad tutub, yaxud nəsə xoşagəlməz söz deyib.

İddiaya görə, bundan sonra qadın kiməsə zəng vurub və çox keçmədən "AA" seriyalı avtomobillə gələn şəxs - qadının əri qarovulçunu xüsusi amansızlıqla və qəddarcasına döyüb, aldığı zərbələrdən qarovulçu küçənin ortasında huşunu itirib. Yaxınlıqdakılardan heç kim müdaxilə etməyib, ancaq təcili yardım çağırılıb. Ağır vəziyyətdə olan qarovulçu xəstəxanaya aparılıb.

Famil Gülüşovdur. O, təcili yardım briqadası ilə Bakıdakı 1 saylı Klinik Xəstəxanaya ("Semaşko") çatdırılıb. Xəstəxanada onun ağır kəllə-beyin travması və digər xəsarətlər aldığı müəyyən edilib. Lakin nədənsə bu cür ağır xəsarətlər almış şəxs ertəsi gün xəstəxanadan çıxıb, ev şəraitində müalicəyə göndərilib.

Xəstəxananın qəbul şöbəsindən bildiriblər ki, həqiqətən döyülən Gülüşov Famil Fazil oğlu ağır bədən xəsarətləri ilə cərrahiyyə şöbəsinə yerləşdirilib, durumu orta-ağır qiymətləndirilib. Sentyabrın 24-də isə öz istəyi ilə xəstəxanadan çıxıb gedib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə sayta açıqlamasında mətbuatın hadisəni şişirtdiyini, ucuz sensasiya düzəltməyə çalışdığını vurğulayıb. Onun sözlərinə görə, qadın göz yaşları içində ərinə zəng vurub:

"Müəyyən olunub ki, həmin binanın həyətində qeyri-rəsmi mühafizəçiliklə məşğul olan şəxs qadına qarşı kobudluq edib, ona qarşı təhqiramiz ifadələr işlədib. Qadın da ağlayaraq göz yaşları içində ərinə zəng vurub. Əri öz dostunun maşınında hadisə yerinə gəlib, orada onunla mühafizəçi arasında xuliqanlıq zəminində mübahisə baş verib. Mühafizəçinin ağır xəsarətlər aldığı haqda deyilənlər doğru deyil, əks halda onu bir gün sonra xəstəxanadan buraxmazdılar. Hadisə barədə istintaq davam edir. Hadisə yerinə baxış keçirilib, tərəflərin izahatları alınıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb".

DİN rəsmisi istintaqın getdiyini əsas gətirərək, qarovulçunu döyən şəxsin kimliyini açıqlamayıb. Orxan Mansurzadə ancaq onu deyib ki, qadın və əri ziyalıdır. Qadın elmlər namizədidir, əri də alimdir, Bakıdakı ali məktəblərdən birində dərs deyir:

"Ailədə hətta professor da var! Ziyalı ailədir, istəmirlər ki, adları mətbuatda hallansın".

Tarix
2016.10.04 / 23:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla