Yuxarı

Rusiyadan Gürcüstandakı seçkiyə maraqlı reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstandakı parlament seçkisinin nəticəsi ölkənin qərbyönlü siyasətdən əl çəkməsini göstərdi.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Dumanın MDB məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov söyləyib. Onun sözlərinə görə, rusiyalı deputatlar bundan sonra Gürcüstan parlamenti ilə əlaqələr qurmağa çalışacaqlar:

"Seçkidən az öncə onların elitasının nümayəndələri Rusiya ilə münasibətlərin normallaşdırılmasından bəhs etdilər. Bu onların Abxaziya və Cənubi Osetiyada olan hadisələri tanıması yox, açıq-aşkar kompromis axtarmaları demək idi".

Qeyd edək ki, oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkisinin nəticəsinə əsasən, proporsional siyahı üzrə cəmi 3 partiya parlamentə keçə bilib: Gürcü Arzusu Partiyası 48,65 faiz, Vahid Milli Hərəkat Partiyası 27,11 faiz səs toplayıb, Gürcüstan Vətənpərvərlər Alyansı isə 5 faizlik baryeri adlayıb. Parlamentə düşən Gürcüstan Vətənpərvərləri Alyansı rəsmi Tiflisin siyasətinin əleyhdarıdır. Bu partiya antiqərb, antitürk mövqeyi ilə seçilir.

Əsas müxalifət partiyalarından olan İrakli Alasaniya-Azad demokratlar Partiyası 4,62 faizlə mandat qazana bilməyib. Parlamentdə təmsil olunmaq üçün hər bir partiya 5 faizlik həddi keçməlidir.

Gürcüstan MSK-nın ən son məlumatına görə, əksər majoritar dairələrdə namizədlər lazım olan səsi toplaya bilməyiblər. Ona görə də həmin dairələrdə ikinci tur keçiriləcək. İkinci turun noyabrın 2-də keçiriləcəyi gözlənilir.

Tarix
2016.10.11 / 17:47
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla