Yuxarı

Ronaldinyo mətbuat konfransında – Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ" futbol klubunun dəvəti ilə ölkəmizə gələn məşhur braziliyalı futbolçu Ronaldinyo Bakı Olimpiya stadionunda mətbuat konfransı keçirir.

Axar.az xəbər verir ki, "Qəbələ" İdman Klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır. Milyonlarla azarkeşə futbolu sevdirən əfsanəvi şəxs ölkəmizdə bu missiyanın reallaşmasında əvəzsiz rol oynayacaq.

Ronaldinyonun vətəni Qremio şəhərində, BƏƏ-nin Dubay şəhərində Ronaldinyo Sokker Akademi fəaliyyət göstərir. Bu məktəblərdən növbətisi "Qəbələ" klubunun dəstəyi ilə Bakıda açılacaq.

6 yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda keçiriləcək futbol təlimi ilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulub.

Ölkəmizin regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, "Ronaldinyonun dili – portuqalca" dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq.

Bu birgə fəaliyyətin ölkəmizdə futbolun daha da kütləviləşdirilməsi və inkişafı yolunda böyük bir təkan olacaq.

Tarix
2016.10.20 / 16:43
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla