Yuxarı

Voleybol Federasiyasına yeni təyinat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan voleybolunda ciddi islahatlara start verilib.

APA-nın məlumatına görə, Cavid Qurbanovun federasiya prezidenti seçilməsindən az sonra qurum rəhbərliyində də böyük dəyişikliklər gerçəkləşib.

Belə ki, federasiyanın I vitse-prezidenti Faiq Qarayev, həmçinin digər vitse-prezidentlər Vəsilə Abulova və Vaqif Əliyev postunda qalsalar da, digər rəhbər postlara yeni adlar gətirilib.

İndiyədək 3 vitse-prezidenti olan qurumda artıq bu vəzifəni 5 nəfər icra edəcək. Yeni vitse-prezidentlər isə həm də "Azərreyl" və "Lokomotiv"ə rəhbərlik edəcək. "Azərreyl"in yeni prezidenti təyin olunan Elşən Əfəndiyev və "Lokomotiv"də eyni vəzifəyə sahib olan Rəşad Abbasov federasiyada da məsuliyyət daşıyacaq.

Federasiyanın baş katibi Elşən İsmayılov isə işinə davam edəcək. Bununla yanaşı, qurumda yeni idman şöbəsi yaradılıb. Buraya AFFA və "Neftçi" futbol klubunda çalışmış Elnur Məmmədov rəhbər təyin edilib.

Qeyd edək ki, Əfəndiyev "Azərreyl"də Hicran Vahabovu əvəzləyib. "Lokomotiv" isə ötən ilki "Gənclik"di ki, bu dəfə komanda həm kişi, həm də qadınların yarışında mübarizə aparacaq.

Tarix
2016.10.25 / 13:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla