Yuxarı

Karateçimiz bürünc uğrunda yarışacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 25-dən 30-dək Avstriyanın Lints şəhərində karate üzrə 23-cü dünya çempionatı keçirilir. İki ildən bir keçirilən dünya çempionatında ölkəmiz 16 idmançı ilə təmsil olunur.

Axar.az xəbər verir ki, oktyabrın 27-də Azərbaycanın daha beş idmançısı mübarizəyə qoşulub.

Fərdi kumite yarışlarında 60 kiloqramadək çəki dərəcəsində tatamiyə çıxan Firdovsi Fərzəliyev final mərhələsinə kimi bütün rəqiblərini məğlub edib. Bu mərhələdə Hollandiya idmançısına məğlub olan karateçimiz bürünc medal uğrunda mübarizəni davam etdirəcək. Görüş oktyabrın 28-də baş tutacaq.

Digər idmançılarımız - Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-51 kq), Fəridə Abıyeva (-61 kq) və Rafiz Həsənov (-67 kq) müxtəlif mərhələlərdə məğlub olaraq yarışı tərk ediblər.

Fiziki qüsurlu karateçilərin yarışdığı para-karate üzrə dünya çempionatında ilk dəfə Azərbaycan da təmsil olunub. İyirmi altı ölkədən 72 idmançının qatıldığı yarışda karateçimiz Sahib Əhədov medallar uğrunda mübarizəni erkən dayandırıb.

Komandaların kumite yarışlarında qadınlardan ibarət Azərbaycan komandası ilk dövrədə Koreya idmançıları üzərində qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Kişilərdən ibarət komandamız isə mübarizəyə oktyabrın 28-də qoşulacaq.

Tarix
2016.10.28 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla