Yuxarı

Eynşteynin Atatürklə tarixi yazışması – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1949-cu ilin noyabrında ABŞ-ın Prinston Universitetində təhsil alan məşhur türk alimi Münir Ülgürlə dahi fizik Albert Eynşteyn arasında təsadüfi bir söhbət olur.

Axar.az xəbər verir ki, Ülgürün türk olduğunu öyrənən Eynşteyn Atatürkdən bəhs edərək, "Bilirsən, dünyanın ən böyük liderinə sahibsiniz", - deyir.

Söhbətin sonunda isə Eynşteyn qısa bir hadisəni Ülgürə nəql edir:

"Atatürk 1930-cu illərdə Türkiyədəki universitetlərdə dərs demək üçün məni dəvət etmişdi. Amma gedə bilmədim..."

Alimin bu sözlərindən sonra Ülgür çox təəccüblənir, həm də təəssüf edir.

Ancaq reallıq illər sonra Nazirlər Kabinetinin arxivində təsadüfən ortaya çıxan bir sənədlə aydınlaşır.

1930-cu illərdə Yəhudiləri Qoruma Birliyinin fəxri prezidenti adı ilə Albert Eynşteyn Atatürkə bir məktub yazıb. Məktubda alim Almaniyada qorxu, təzyiq içində yaşayan 40 elm adamının heç bir maddi tələb olmadan Türkiyəyə gəlməsini istəyib.

Eynşteynin bu məktubu o dövrün baş naziri olan İsmət İnönüyə verilib. Daha sonra İnönü məktubu təhsil nazirinə göndərərək araşdırılmasını istəyib.

Lakin məktubun üzərinə "Təklif şərtlə uyğun deyil. Qanunlarımız buna imkan vermir" qeydi yazılaraq arxivə göndərilib.

Bəs bu hadisədən sonra yəhudi elm adamları Türkiyəyə necə gəlib?

1933-cü ildə universitet təhsili üzərində araşdırmalar aparan Atatürk təsadüfən məktubdan xəbərdar olur və dərhal yəhudi alimləri ölkəyə dəvət edir. Bundan sonra 40 yəhudi elm adamı qardaş ölkəyə gəlir, Ankara və İstanbul universitetlərində dərs deməyə başlayır.

Eynşteynə dəvət də elə məhz bu dövrdə olur. Özü gəlməsə də, həmkarlarını göndərən Eynşteyn bununla da sadəcə 40 yəhudi alimi yox, Türkiyənin də taleyini bir məktubla dəyişdirir.

Tarix
2016.10.31 / 08:00
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı

Ceyhun Bayramov İsrail XİN rəsmisi ilə görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla