Yuxarı

Məktəbəqədər təhsil haqında qanun layihəsi müzakirədə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Təhsil məsələləri üzrə İşçi Qrupu təhsil ekspertlərinin və aidiyyəti QHT rəhbərlərinin iştirakı ilə "Məktəbəqədər təhsil haqında" qanun layihəsinin ictimai müzakirəsini keçirib.

Axar.az xəbər verir ki, toplantıda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Milli Məclislə əməkdaşlığı çərçivəsində ölkənin qanunverici orqanının gündəliyində olan müxtəlif qanunların ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirəsini təşkil etdiyini deyib. F.Qurbanov təhsilin bütün cəmiyyələr üçün ən önəmli məsələ olduğunu və bu cəhətdən müvafiq istiqamət üzrə fəaliyyət göstərən QHT-lərin "Məktəbəqədər təhsil haqında" qanun layihəsi ilə də bağlı rəy və təkliflərini bildirməsinin vacibliyini vurğulayıb.

Şuranın Təhsil məsələləri üzrə İşçi Qrupunun rəhbəri, XXI Əsr Təhsil Mərkəzinin sədri Etibar Əliyev, Azərbaycan Müəllimlər Şurasının sədri, prof. Əjdər Ağayev, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, BDU-nun professoru Şahlar Əsgərov, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı, Ekoloji maarifçilik və monitorinq İB-in sədri Qəmzə Yusubova, "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova, "Potensial" Sumqayıt mütəxəssislər İctimai Birliyinin sədri Sahib Fərzəliyev və digər QHT təmsilçiləri çıxış edərək qanunun ictimai müzakirəsinin keçirilməsinə görə Şuraya təşəkkürlərini bildirərək, bunun cəmiyyətimiz üçün böyük faydasının olacağına inandıqlarını deyiblər.

Çıxış edən ekspertlər məktəbəqədər təhsil və tərbiyə müəssisələri ilə bağlı qanun layihəsinin müzakirəsinin təhsil tariximizdə mühüm hadisə olduğunu bildirərək, ictimai şüurun bazasını formalaşdıran uşaq bağçalarının gələcək yüksək səviyyəli kadrların hazırlanmasındakı rolundan danışıblar.

QHT rəhbərləri məktəbəqədər müəssisələrin uşaqların ətraf mühitlə tanış edilməsi, insanlara sevgi hissinin oyadılması, dünyagörüşünün formalaşdırılması və inkişafını həyata keçirməli olduğunu bildirərək qanun layihəsinin müxtəlif maddələrinə dəyişikliklər edilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Müzakirələr zamanı sözügedən qanun layihəsindəki bəzi müddəaların və terminologiyanın məktəbəqədər təhsilin mahiyyətinə uyğun olmadığı və daha sadə, bütün vətandaşların asan anlayacağı şəkildə hazırlanmasının vacibliyi qeyd edilib. Toplantıda həmçinin qeyd olunub ki, məktəbəqədər təhsil və tərbiyə müəssisələrində ana dilimizin təbliğinə xüsusi diqqət ayrılmalıdır.

F.Qurbanov irəli sürülən rəy və təkliflərin İşçi Qrup tərəfindən Milli Məclisin müvafiq komitəsinə çatdırlacağını deyib.

Tarix
2016.11.07 / 16:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla