Yuxarı

Son 49 ilin ən böyük sürüşməsi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda sürüşmə sahələri aktivləşib.

Axar.az ARB Şəki-yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində şəhərin Hüseyn Cavid küçəsində torpaq dərəyə doğru sürüşərək evlər üçün ciddi təhlükə yaradıb.

Sakinlərin sözlərinə görə, sürüşmə bir həftədir ki, fasiləsiz davam edir. 3 evin təhlükədə olduğu bildirilir. Torpaq qatı sürüşərək dərəyə doğru istiqamət alıb. Bir həyətyanı sahə tamamilə uçub. Yararsız hala düşmüş torpaq qatının altından qrunt suları çıxır. Torpaq sürüşməsinin baş verdiyi ərazidə eni 30 sm, uzunluğu isə 50-60 sm olan yarğanlar meydana gəlib. Artıq sürüşmə evlərə doğru hərəkət edir.

Ev sahibi Rafiq Abıyevin sözlərinə görə, indiyədək bu ərazidə sürüşmə baş verməyib: "1967-ci ildən burada yaşayıram. Hələ belə sürüşmə görməmişəm".

Sürüşmə son iki ayda daha da aktivləşib. Artıq evlərdə də çatlar yaranıb. Mövcud problemlə bağlı sakinlər lazımi qurumlara məlumat veriblər.

Tarix
2016.11.08 / 22:31
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla