Yuxarı

Neftin və dolların taleyi necə olacaq? – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Platformasınadan belə anlamaq olar ki, Tramp əsas fəaliyyətini ABŞ dövlətinin güclənməsinə və Amerika xalqının həyat şəraitinin daha da yaxşılaşmasına həsr edəcək.

Bu sözləri Donald Trampın ABŞ prezidenti seçilməsi fonunda dünya iqtisadiyyatını gözləyən dəyişikliklər barədə Axar.az-a danışarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili vurğulayıb ki, dünya iqtisadiyyatının hazırkı taleyi Amerikanın apardığı siyasətdən çox asılı olacaq:

"Hesab edirəm ki, Tramp Respublikaçılar Partiyasından olsa da, iqtisadiyyata münasibəti var və bu sahə ilə əlaqəsi olan bir adamdır. Ona görə də onun apardığı siyasətdən çox şey asılı olacaq. Neftin qiyməti, digər dövlətlərlə iqtisadi münasibətlər olduqca önəmli məsələlərdir. Ancaq platformasınadan belə anlamaq olar ki, Tramp əsas fəaliyyətini Amerika dövlətinin güclənməsinə və Amerika xalqının həyat şəraitinin daha da yaxşılaşmasına həsr edəcək. Trampın yürütdüyü siyasət əlbəttə ki, neft və dolların qiymətinə təsirsiz ötüşməyəcək. Yaxın bir neçə həftədə onun ABŞ-da hansı siyasəti aparacağının şahidi olacağıq. Çünki Tramp hələlik ciddi mesajlar verməyib".

Millət vəkili deyib ki, dolların bizim ölkəmizdə də qiymətinə ABŞ-ın apardığı siyasət təsir edir: "Amma əlbəttə ki, ölkənin öz imkanları da buna təsir edir. Son zamanlar dollar Azərbaycanda müəyyən qədər bahalaşıb. Yəni bu gözlənilən bir prosesdir. Bu proses idxal-ixrac əməliyyatlarında müsbət saldo, ixracda isə qeyri-neft sektoru üstünlük təşkil edənədək davam edəcək. Çünki dövlət artıq mühüm strateji proqramlar və iqtisadi islahatlara start verib. Sadalanan göstəricilərə nail olmaq üçün müəyyən qədər vaxt lazımdır".

V.Əhmədov dünya bazarında hələlik neftin qiymətinin 55-60 dollar arasında dəyişəcəyini bildirib:

"Müəyyən enmə və qalxmalar olacaq. Neftin qiyməti təkcə ABŞ-ın deyil, OPEK-in siyasətindən də asılıdır. Qarşıda Amerikanın hansı siyasi xətti tutacağı, öz neftini dünya bazarına çıxarıb-çıxarmayacağı məsələləri çox önəmli rol oyanacaq".

Qeyd edək ki, noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp qələbə qazanıb.

Tarix
2016.11.10 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla