Yuxarı

Harun Yəhyanın azərbaycanlı mələyindən məktub – Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli ilahiyyatçı, Harun Yahya kimi tanınan Adnan Oktar barəsində redaksiyamıza məktub daxil olub.

"Axar.az" xəbər verir ki, məktubda Adnan Oktarın təriqətinə qəbul edilən qızlarla əlaqəyə girdikləri bildirilib.

Məktubu kiçik düzəlişlərlə təqdim edirik:

"Mənim xalam qızı Türkiyədə təhsil alanda Harun Yahya təriqətinə qoşulub, sonra onun təriqətinin əxlaqsız yuva olduğunu gördükdən sonra uzaqlaşıb. Xalam qızı özü məndən xahiş etdi ki, Azərbaycan mediasına yazım. Xalam qızı Türkiyədə ərdə olduğu üçün adını açıqlamaq istəmir.

Xalam qızı dünən axşam Vatçapda mənimlə yazışdı və xahiş etdi ki, Adnan Oktarın əxlaqsızlığı barədə bu sətirləri sizə çatdırım.

Xalam qızı deyir ki, orada Adnan Oktarın təriqətinə cəlb edilən qızların çoxu əxlaqsızlığa cəlb edilir. Adnan Oktar həmin qızları sanki hipnoz edir və "aşkım", "sevgilim" sözləri ilə ələ alır. Xalam qızı özü deyir ki, o təriqətdə 1 il qalıb. İlk öncə guya saf dini öyrədirlər. Sonra orada Esma Özgül adlı Adnan Oktarın ən yaxın adamı var. Esma Özgül heç zaman Adnan Oktarın verilişlərinə çıxmır. Ona Adnan Oktarın mənəvi xəlifəsi deyirlər. Esma Özgül özü Adnan Oktar təriqətinə qızları cəlb edir. Axşamlar bəzən qorxunc hadisələr baş verir. Bizi qaranlıq otaqda saxlayırdılar və deyirdilər ki, cinlər, şeytanları bizdən qovur. O otaqdan çıxdıqdan sonra sanki bizləri hipnoz edirdilər. Qaranlıq otaqda qaldıqdan sonra bizdə Adnan Oktara qarşı sevgi yaranır və onun əlini öpməyə, hətta onunla intim əlaqəyə girməyə belə istək yaranırdı. Çox iyrənc təriqətdir.

Bir məsələni xüsusi ilə deyim. Adnan Oktarın mədrəsəsində qalanda gecə yarısı birdən deyirdilər ki, qalxın. Gecə paltarlarında ayaq üstə dururduq və Adnan Oktar içəri yataqxanaya girirdi və deyirdi ki, sizləri ziyarətə gəlmişəm. Cinlər şeytanlar sizdən uzaq olsun.

Ən dəhşətlisini deyim. Adnan Oktar o qızlarla qrup halında intim əlaqədə olur. Xüsusi otağı var, ora heç kimi buraxmırlar. Otaqda böyük yataq var. Bir də həmin qız tələbələrinə otaqda striptiz göstərməyi əmr edir.

Adnan Oktara Yəməndən ağac yarpağı gətizdirirlər. Ona el-qat deyilir. Heroin kimi qadağan deyil. Onu çeynəyəndə insanın başın dumanlanır. Qrup halında intimdən öncə hamısı el-qat (Yəməndə istehsal olunan nartkotik tərkibli maddə - red.) çeynəyirlər".

Tarix
2014.04.17 / 11:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla