Yuxarı

Rauf Arifoğlu-Xədicə İsmayıl mübahisəsi - FB

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rauf Arifoğlu-Xədicə İsmayıl mübahisəsi - FB

"Azadlıq" radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə İsmayıl "feysbuk" profilində bu gün Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatının təqdimetmə mərasimində iştirak edən jurnalistləri "Bir qrup optimist yaltaq" adlandırmasına "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu reaksiya verib.

Baş redaktor öz "feysbuk" statusunda yazıb:

"Hörmətli Xədicə İsmayıl xanım öz profilində prezidentlə görüşdə iştirak edənləri "...bir qrup oportunist yaltaq" adlandırıb. Yaxşı da eləyib. Sonra da öz statusuna şərh yazaraq, məni fərqləndirib, adımı da zikr edib. Bu cür: "Roya Rafiyeva o gün təəccüblənibmiş Əflatun Amaşov "Yeni Müsavat"a gələndə. Gəlib, Rauf Arifoğlunu İlham Əliyevin təltif olunmasına çəpik çalmağa dəvət edirmiş yəqin…"

Ona belə bir cavabım oldu - istərdim mənim dostlarım da oxusunlar: "Xədicə xanım, məni Amaşov dəvət etmədi bu tədbirə. Amaşov gələn gün bizim qəzetin qonşuluğunda redaktorların icra başçısı ilə görüşü vardı. Oradakıların hamısını qəzetə dəvət etdim, təkcə Amaşov gəlməyə ürək etdi. Bugünkü tədbirə isə dəvəti dünən Əli Həsənovdan aldım. Bir aydır telefonlarıma cavab verməyən hörmətli Əli Həsənov şəxsən zəng edərək, məni dəvət etdi. Mənim üçün bir fürsət idi, buraxmazdım. Getdim, sözümü də dedim. Prezident mükafat alanda isə əllərim məşğul idi, içəri keçirdiyim telefonla "musavat.com" üçün şəkil çəkirdim. Bu səbəbdən, həmin anda əl çala bilməzdim. Mənə diqqət ayırıb, adımı çəkdiyiniz üçün xüsusi təşəkkür edirəm".

Tarix
2013.11.24 / 21:37
Müəllif
Axar.az
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla