Yuxarı

Hərbçilərimizin geyimində dəyişikliklər edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrinin hərbi geyim qaydalarında dəyişikliklərin edilməsi gözlənilir.

Bu barədə hərbi mənbələrdən məlumat verilib.

Artıq bununla bağlı Müdafiə Nazirliyi tərəfindən müvafiq dəyişikliklər layihəsi hazırlanaraq təsdiq olunmaq üçün hökumətə təqdim olunub.

Layihədə hərbçilərin geyimləri ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulur. Yeniliklərin nədən ibarət olduğu açıqlanmayıb.

Qeyd edək ki, ötən ilin sonlarında müdafiə nazirinin əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim formasının daşınma qaydaları"nda dəyişikliklər edilib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, döyüş növbətçiliyi, çöl məşğələləri, təlimlər, daxili və qarovul xidmətlərinin aparılması halları istisna olmaqla, kamuflyaj rəngli yay (qış) və istiləşdirilmiş gödəkcələrində bel kəmərlərinin daşınmamasına icazə verilir. Uniformada bu element tam yox, qismən ləğv edilib. Burada məqsəd həm hərbi formanın estetik baxımdan görünüşü, həm də hərbi qulluqçuların rahatlığına üstünlük verilməsidir.

APA

Tarix
2014.07.24 / 16:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla