Yuxarı

Ermənilər Əlibəylini gülləbaran edir - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:49

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.

Yerli sakinlərin "Musavat.com"a verdiyi məlumata görə, bu gün axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən yenidən intensiv atəşə tutulub.

Sakinlərin sözlərinə görə, artıq iki saatdır ki, 10-15 dəqiqə fasilələrlə erməni silahlı birləşmələri kəndi iri çaplı silahlardan atəşə tutur.

İtki barədə heç bir məlumat yoxdur.

Əlavə məlumat verəcəyik.

23:20

Hazırda Əlibəyli kəndində sakitlik yaranıb.

Kənd sakinlərinin Axar.az-a verdiyi məlumata görə, Azərbaycan Ordusunun düşməni susdurmaq üçün açdığı atəşlərdən sonra ermənilər atəşə ara veriblər.

Amma sakinlər bunun müvəqqəti ola biləcəyini qeyd edir.

Xatırladaq ki, iyulun 26-dan başlayaraq, ermənilər Əlibəyli kəndini qısa fasilələrlə gülləbaran edirlər. Gülləbaran nəticəsində 2 nəfər mülki Əlibəyli sakini yaralanıb, ermənilər isə 3 əsgər itiriblər.

Tarix
2014.07.28 / 23:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla