Yuxarı

Obama: “Rusiya Ukrayna sərhədinə qoşun yığır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama Rusiya ilə soyuq müharibə aparmadıqlarını, Avropa Birliyi (AB) və Ukrayna ilə birlikdə yaranmış böhranı diplomatik yolla həll etmək üçün münasibətləri davam etdirdiklərini bildirib.

Axar.az xəbər verir ki, Rusiyanın Ukraynada separatçı qüvvələrə hər cür yardım göstərdiyini deyən Obama bu dövlətin enerji, silah sənayesi və maliyyə sektorunu əhatə edən yeni sanksiyalar tətbiq ediləcəyini elan edib.

Rusiyanın özünü beynəlxalq aləmdə təklədiyini deyən Obama bu ölkənin Ukraynaya zərbələr endirdiyi təsdiqləyən peyk görüntülərinin olduğunu deyib. Onun sözlərinə görə, Rusiya Ukrayna sərhədinə qoşun toplamaqda davam edir.

Qeyd edək ki, bu arada ABŞ Maliyyə Nazirliyi sanksiya tətbiq olunacaq Rusiya bankalarının adlarını açıqlayıb. Moskva Bankı, Kənd Təsərrüfatı Bankı və Rusiyanın ikinci böyük bankı olan VTB Bank qara siyahıya salınıb. Sanksiyalar nəticəsində ABŞ vətəndaşlarının adıçəkilən banklardan istifadəsi qadağan olunmaqla bərabər, bu bankların ABŞ-da sərmayə qoyma hüququ da əlindən alınmış olur.

Rusiya tərəfi isə sanksiyaların daha çox Ukraynaya təsir edəcəyini bildirərək, Qərbi bu addımdan daşındırmağa çağırır. Rəsmi Moskva sanksiyaların Qərbə 100 milyard dollar zərər verəcəyini bildirib.

Tarix
2014.07.31 / 01:02
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla