Yuxarı

Del Gerani və Qaraqaplandan - Bir abzas

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Kamal Abdulla "Bir abzas - yeddi rəng" layihəsində.

Yeddinci rəng – Bənövşəyi

Şəhriyar del Gerani:

- Bir dəfə Slavyan Universitetində "Labirint"in müzakirəsi idi. Söz demək növbəsi mənə çatanda dedim ki, "Kamal Abdulla yaradıcılığının mənim kommentarimə ehtiyacı yoxdur. Bir yaradıcılıq ki müəllifindən daha çox səyyahdır, deməli, həmin mətnlər istənilən zamanlarda və məkanlarda özünü xilas edəcək". Bir balaca əmma da əlavə eləmişdim. Hekayələrin birində "nar ağacının arxası" ifadəsi vardı. Dedim ki, "ağacın arxası olmur" və beləliklə tənqid eqomu təmin elədim. Yadımdadır ki, tənqidçi Elnarə Tofiqqızı "Şəhriyar, cığallıq eləmə" demişdi. İndi düşünürəm ki, həqiqətən də böyük ədəbiyyata hansısa bir cümlə kontekstində yanaşmaq cığallıqdan savayı bir şey deyil. Hazırda Kamal Abdullanın "Sirri Zəmanə"sini oxuyuram və özümü Misir pramidasının içində sayıram. Di gəl, həmin pramidada "Wi-Fi" da var. Yeri gəkmişkən, Kamal müəllim bu şeirlə yaddaşıma hopub:

"Yollar getdi üzü dağa,

Yoxuşlar enişlərdən çox.

Kimsə yox xatırlamağa

Unutmağa da kimsə yox..."

Əsəd Qaraqaplan:

- Kamal Abdulla mətnlərinin harda mifə, harda təzədən reallığa keçdiyi bəlli olmur. Burda reallıqla mif iç-içə və şüşənin iki eyni üzü kimi görünür, insanı öz içində əridərək iki halı eyni anda və eyni ruh halıyla duymağa sövq edir. Hər gün gəzdiyin şəhər küçələrində, hər gün gördüyün insanların arasında birdən-birə mifoloji varlıqlarla qarşılaşa bilər və onların gerçəkdən də gerçək olduğuna inanarsan. Bu mətnlər bir növ bizim yaşadığımız real həyatla yaşadığımız, amma bütün gerçəkliyilə duya bilmədiyimiz "başqa bir həyatı" da bizə yaşadır və bizi ruhumuzun dərin qatlarına götürür...

P.S. Kamal Abdullanın hekayələrindən ibarət "Sirri–Zəmanə" adlı yeni kitabını "Kitab Klubu" (Mustafa Sübhi 13), "Bukinist" (İstiqlaliyyət küç. 69H), "Kitabevim.az" Kitab Evi ("AK Center", 2-ci mərtəbə), "Əli və Nino" kitab dükanlarından, "Bayatı" kitab satış mərkəzindən, "Xan Xəzinəsi" kitab dükanlarından, "Papirus" Kitab Evindən, Prezidentin İşlar İdarəsinin Kitab Evindən, Akademiya Kitab Mərkəzindən, Akademkitabdan əldə etmək olar.

Əvvəlki Abzaslar:

Bir abzas: Qan Turalıdan Kamal Abdullaya. Birinci rəng - Ağ


Mövlud Mövlud və Kəramət Böyükçöldən - Bir abzas. İkinci rəng – Qırmızı


Kənan Hacı və Aqşin Evrəndən - Bir abzas. Üçüncü rəng - Yaşıl



Səlim Babullaoğlu və Zahir Əzəmətdən – Bir abzas. Dördüncü rəng - Mavi

İradə Tuncaydan Kamal Abdullaya – Bir abzas. Beşinci rəng - Sarı

Ömər Xəyyam və Güneldən - Bir abzas. Altıncı rəng - Boz

Tarix
2014.09.11 / 14:30
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla