Yuxarı

Fransadan "Qarabağ"a: "Buna şübhə belə yoxdur"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz erkən qol vurmağa çalışırdıq".

Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "Sent-Etyen"in baş məqşçisi Kristof Qaltye deyib.

Ötən gün Fransa klubu ölkə çempionatının çempionatının VI turunda səfərdə azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu "Lans"la üz-üzə gəlib. Qarşılaşmadan sonra təcrübəli məşqçi rəqiblərini minimal hesabla (1:0) məğlub etmələrinə şərh verib.

Qaltye bildirib ki, Avropa Liqasında "Qarabağ"la oyunda qol buraxmamalarından danışıb: "Matçda"Lans" bizim təzyiqimiz altında idi. Qol vurmaqda çox çətinlik çəkdik. Daha sonra vəziyyəti düzəltməyi bacardıq. Fasiləyə qədər istədiyimiz oyun alınmadı. İkinci yarıda isə səylərimizi artırıb, qol vurduq. Çünki biz qələbəyə layiq idik. Bizim üçün çox yaxşı həftə oldu. Həm Avropa Liqasında "Qarabağ"la oyunda qol buraxmadıq, həm də bu görüşdə. Biz rəqiblərimizi asanlıqla məğlub etməyi bacararıq, buna şübhə belə yoxdur. Daha da ciddi oynamaq lazımdır".

Qeyd edək ki, "Qarabağ" – "Sent-Etyen" oyunu 0:0 hesabı ilə yekunlaşmışdı.

Tarix
2014.09.22 / 01:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla