Yuxarı

Ərdoğandan 46 girova 100 milyon tələb olunub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Sandi Tayms" ("The Sunday Times") qəzeti İŞİD-in Prezident Ərdoğandan 46 girova görə 100 milyon dollar pul tələb etdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, qəzet 101 gün sonra 46 türk girovun sərbəst buraxılmasının arxasında terrorçularla bazarlıq edildiyini istisna etməyib:

"İŞİD girovlara görə Türkiyə hökumətindən 100 milyon dollar istəyib. Lakin MİT (Milli İstihbaraat Təşkilatı) keçirdiyi gizli əməliyyat nəticəsində bu baş tutmayıb".

Qəzet əlavə olaraq bundan sonra Türkiyənin İŞİD siyasətində dəyişiklik olacağanı da bildirib. Dərgi Obamanın geniş bir koalisiyanı idarə etmək xəyalının artdığını qeyd edərək, bundan sonra Türkiyənin qərarında dəyişikliyin real olduğunu bildirib.

Məqalədə Obamanın fikrini dəyişdiyi, Suriyaya quru qoşunu yeridəcəyini də qeyd edib:

"Kürdlər İŞİD-dən qaçdığı halda Obama quru qoşunlara əmr verəcək. Obama İŞİD-i yer üzündən silmək üçün məcbur da olsa, bu addımı atacaq".

Obamanın bu qərarının gizli saxlanmasına səbəb kimi qarşıdan gələn BMT Baş Assambleyasının yığıncağı göstərilib. Verilən xəbərdə bildirilir ki, assambleyada digər ölkələrin razılığını aldıqdan sonra Obama Suriyaya quru qoşunları yeridəcək.

Tarix
2014.09.22 / 09:20
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla