Bu gün sevimli aktyorumuz İlqar Cahangirin 45 illik
yubileyidir. İlqar bəy 1967-ci ildə Ceyranbatan qəsəbəsində anadan
olub.
İlqar bəy indi "Sonuncu fəsil" adlı teleserialda çəkilir. Eyni
zamanda Elmin Bədəlovun yaratdığı "Oda" teatrında da tamaşalar
səhnələşdirirlər.
İlqar bəylə adi söhbətlərimiz belə çox səmimi, maraqlı olur. Bu
dəfə söhbətə elə "Oda" teatrı mövzusuyla başladıq.
"Oda" teatrını yaratmaqda məqsədimiz
"Uşaqlar öz maaşlarından pul qoyub yer tutdular. Sonra
ssenarilər tapdıq, uyğun olanları, ənənəvi olmayanları seçib
tamaşaya qoyuruq. "Oda" belə yarandı...
Bu gün dünyanın hər yerində belə teatrlar var. Azərbaycanda da
belə bir fərqli teatrın olmağını istədik. "Oda" teatrını yaratmaqda
məqsədimiz cəmiyyətdə, ictimaiyyətdə baş verən hadisələrə biganə
qalmamaq, bu mövzuda tamaşaçılara günümüzün reallığını
göstərməkdir.
Klassika olmalıdır, oxunmalıdır, amma niyə günümüzün mövzuları
işlənilməsin, real həyat hadisələri səhnədə oynanılmasın?! İctimai
hadisələrə, ailə-məişət, ümumiyyətlə, cəmiyyətə yaxın mövzularda
tamaşalar hazırlamaq istəyirik.
22 illik teatr fəaliyyətimdə məni ancaq
"Tarqovu"datanıyırdılar, amma 2 illik teatr fəaliyyətimdə
"Tarqovu"dan başqa hər yerdə tanıyırlar.
Seriala da çəkilirəm. Maddi cəhətdən də təmin olunmaq lazımdı.
Həm də bir az publikaya işləmək lazımdı (gülür). Səmimi deyim, 22
illik teatr fəaliyyətimdə məni ancaq "Tarqovu"datanıyırdılar, amma
2 illik teatr fəaliyyətimdə "Tarqovu"dan başqa hər yerdə
tanıyırlar. Hərdən xoş gəlir bu məşhurluq, hərdən də sıxılıram,
çəkinirəm. Amma bu sıxılmaq qətiyyən sadə olmağım, ictimai
nəqliyyatdan, metrodan istifadə etməyimdən qaynaqlanmır.
Tamaşaçıların münasibəti hər yerdə çox yaxşıdı mənə. Maraqlıdır ki,
oynadığım mənfi obrazlar da sevilir.
Aktyor mütləq Universitet bitirməlidir
Oktyabrdan İntiqam Hacılının təklifiylə "Pero Production"ın
təşkil etdiyi Kino Atelyesində aktyorluq kursunda dərs deyirəm.
Aktyorluq kursları çox olmalıdır. Bizdə belə bir yanlış fikir var
ki, aktyor mütləq Universitet bitirməlidir, aktyor mütləq dövlət
teatrlarında işləməlidir, aktyor mütləq boy-buxunlu, yaraşıqlı
olmalıdır. Bizdə belə yanlış fikirlər var. Dünya kino-teatrında
belə şeylər yoxdu.
Yaxşı gənclər var, istedadlı, başqa sahədə təhsil alıblar. Kurs
keçməklə gözəl aktyor ola bilirlər. Aktyor təkcə dövlət yox, özəl
teatrlarda da çalışa bilər. Gürcüstanın özündə belə teatrlar
doludur. Bir dəfə İntiqam Hacılı ilə belə söhbətimiz də düşdü,
dedim, elə yaxşı aktyorlar var ki, kurs keçib televiziyaya, teatra
gediblər. Hətta Kino Atelyesində ilk dəfə ayrıca olaraq kurs
şəklində İntiqam Soltan dərs deyib. Ondan sonra Kamran Yunisin,
Qurban Məsimovun başqa məktəblərdə kursları başladı. Bu çox yaxşı
prosesdir. Və İntiqamla söhbətimiz alındı, Kino Atelyesində
aktyorluq kursu götürdüm. Hazırda dərslər davam edir.
Elmin deyir, sizi ictimai-siyasi xadim elədik, vahid
namizəd də edəcəyik
İstedadla bərabər adamda istək olmalıdı. Aktyor olmaqçün güclü
istək lazımdı. Özüm şahidiyəm ki, neçə-neçə aktyora "bundan aktyor
olmaz" deyiblər, adam öz üzərində işləyib, zəhmət çəkib, çalışıb,
mükəmməl aktyora çevrilib. Yaxşı aktyorlarımız çoxdur, daha çox
bizdə ssenarist, rejissor problemi var. Var yaxşıları, amma onların
çoxu öz yerində deyil. Bu gün Azərbaycanda çox az adam öz yerində
deyil. Elə adamlara səlahiyyət verilir ki, onlar bu işi bacarmır,
bacaran adamların da səlahiyyəti yoxdur.
İndi eşitmişəm Vidadi bəy, Pərviz bəy master-klaslar keçirlər.
Çox sevindim. Belə dərslər hər teatrda olmalıdır. Peşəkar, yaxşı
aktyorlar gənc nəsil aktyorlara dərs keçməli, məsləhətlər
verməlidirlər.
Ardı olacaq...
1.Saray aktyorları kimlərdir?
2.Dövlətin kino sahəsinə ayırdığı milyonlar hara
xərclənir?
3.Xalam oğlu zəng eləyib deyir ki...
4.İlqar Cahangirə sovet dövrü "Jiquli Vaz 2105"
avtomobilini kim təklif edib?
5.İlqar bəyin əsl Azərbaycanlı standartlarına uyğunluğu
nədədir?