Yuxarı

Bilik Fondu gənc alimlərlə işləyəcək - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə görüş keçirilib.

Fonddan Axar.az-a verilən məlumata görə, görüşdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov həyata keçirilən layihələr haqqında qonaqlara məlumat verib, gənc alimlərin bu layihələrin icrasına qatılmasının vacibliyini vurğulayıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov gənc alimlərin fəaliyyəti barədə danışıb. 8 ay əvvəl AMEA-nın tərkibində ictimai birlik kimi yaradılan Şuranın Akademiyanın bütün strukturlarını təmsil edən 52 üzvü olduğu vurğulanıb.

Hər iki qurum birgə fəaliyyət planları barədə danışıb, müzakirələr aparılıb. Bilik Fondu AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasına əməkdaşlıq haqqında konkret təkliflərini təqdim edib. Gənc alimlər Bilik Fondunun təsis edəcəyi elmi-kütləvi jurnalda məqalələrlə çıxış edəcək, birgə elmi seminarlar təşkil olunacaq, forumlar, simpoziumlar, dəyirmi masalar, bilik yarışmaları keçiriləcək.

Bilik Fondu "Dini abidələrdə tarixin izləri", "Auditoriya+", "Ustad və şəyird", "Docendo discimus", "Yaradıcılıq fakültəsinin filialları", "Epizod", "Məscid kitabxanası", "Azərbaycan elmi xaricdə", "Dünya elmi Azərbaycanda" layihələrini gerçəkləşdirir. Bu layihələrdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının da iştirak edəcəyi planlaşdırılır.

Tarix
2014.09.23 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla