Yuxarı

Penitensiar Xidmətin əməkdaşı qəza törətdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə sərxoş sürücünün avtomobili yüksək sürətlə idarə etməsi qəza ilə nəticələnib.

Trend məlumat verir ki, hadisə zamanı 3 nəfər xəsarət alıb.

Ağır yol nəqliyyat hadisəsi gecə saat 1:00 radələrində baş verib. Belə ki, şəhər sakini 34 yaşlı Anar Rəhimov idarə etdiyi "KİA OPTİMA" markalı avtomobillə Heydər Əliyev prospekti ilə üzü mərkəz istiqamətinə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxıb və bardürləri aşaraq hasara çırpılıb.

Qəza nəticəsində sürücü və sərnişinlər 35 yaşlı Etibar Məmmədov, eləcə də 35 yaşlı Rövşən Həsənov ağır bədən xəsarələti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasını travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində zərəçəkmişlərin həyatı təhlükəsi aradan qaldırılıb.

Ağır vəziyyətdə olan Etibar Məmmədov isə reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə şahidlərini sözlərinə görə, qəzaya yüksək sürət və sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etməsi səbə olub.

Qeyd edək ki, KİA-nın sürücüsü Anar Rəhimov Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında nəzarətçi vəzifəsində işləyir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Tarix
2014.10.02 / 09:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla