Yuxarı

Bakının şimal girişi bağlanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrliyində tıxacların aradan qaldırılması üçün həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, 1-ci mərhələ üzrə 9-cu km-də dəmir yolu üzərində dördaşırımlı yeni yol ötürücüsü inşa olunub və avtovağzal istiqamətinə üç hərəkət zolaqlı yol salınıb, o cümlədən yolun 6-9-cu km hissəsində Bakı-Quba yoluna yoluna paralel köməkçi yol da yenidən qurulub.

2-ci mərhələdə Biləcəri istiqamətində biraşırımlı yeni yol ötürücüsü inşa olunub. Bundan sonra həmin yol ötürücüsünün yanında biraşırımlı yol sökülərək yerində yeni yol ötürücü inşa edilib və Sumqayıt istiqamətində 3 hərəkət zolaqlı yol salınaraq mövcud yola birləşdirilib.

P.Mürsəliyev qeyd edib ki, hazırda 9-cu km-də hərəkət məhdudlaşdırılıb və oradakı mövcud iki üçaşırımlı yol ötürücüsü sökülür: "Onların yerində müasir tipli yol ötürücüsü inşa edilir. Həmin üçaşırımlı yol ötürücüləri Sovet dövründə köhnə normativlər əsasında inşa olunmuşdu. Hazırkı avtomobil axını yükünə hesablanmadığı üçün hazırda müasir tipli A15 NQ100 hesablı yüklərə müvafiq olaraq yeni iki yol ötürücüsü inşa olunacaq.

Əvvəlkilərdən fərqli olaraq onlar dördaşırımlı olacaq. Yolun 3-4 metr genişləndirilməsi də nəzərdə tutulub. Aşırımların birinin artırılmasında məqsəd odur ki, ərazidəki dəmiryol körpüsünün alt hissəsindən həm nəqliyyat vasitələri, həm də piyadalar hərəkət edə bilsinlər. Yəni, Biləcəri hissəsindən yol ötürücüsünün altından keçməklə o biri əraziyə getmək və geri qayıtmaq mümkün olacaq".

Mətbuat katibi bildirib ki, artıq oktyabrın 1-dən etibarən söküntü işlərinə başlanılıb: "Hələlik körpünün üzərindəki asfalt-beton örtüyü qaşınır, piyada yolları sökülür. Əvvəllər yol daraldığından nəqliyyat vasitələrinin hərəkəti çətinləşirdi. İndi isə həm gediş, həm gəliş üçün 3 yol var. Ona görə də nəqliyyatın hərəkətində heç bir problem olmadığı üçün ərazidəki mövcud yol ötürücülərini söküb yerində yenilərinin tikintisinə başlamışıq. Bununla da kompleks məsələlər öz həllini tapacaq".

Tarix
2014.10.02 / 11:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla