Yuxarı

Məscidin imamından Fazil Mustafaya sərt ittihamlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qasımbəy" məscidinin imam-cüməsi Samir Ağayev Fazil Mustafanın irəli sürdüyü fikirlərlə bağlı "Təriqət əleyhinə dissertasiya müdafiə edən təriqətçi deputat" başlıqlı məqalə yazıb. Yazını təqdim edirik.

"Son günlərdə millət vəkili Fazil Mustafanın aşura və Əhlibeyt məktəbi barədə mətbuatda irəli sürdüyü fikirləri yəqin ki, gördünüz. Doğrusu, mən onu sivil və obyektiv bir ziyalı bilirdim. Təəssüflər olsun ki, onun son yazıları məni təəccübləndirdi. Əvvəlki fikirlərinə cavab verildiyindən üstündən keçirəm.

Saytların birində "Azərbaycanda bir məktəb belə açmayan şərəfsizlər heç olmasa nurçunun məktəb açdığını görüb utanmalıdır" deyə fikir səsləndirən Fazil Mustafa bununla nə demək istəmişdir görəsən?

Fazil bəy! "Şərəfsizlər" dedikdə kimləri nəzərdə tutmusunuz? Kimlər bir məktəb tikməklə "şərəfli" statusunu qazanır? Belə çıxır ki, sizin nəzərinizdə şərəfli olmağın meyarı məktəb tikməkdir. Kimin tərəfindən tikilməsi isə qətiyyən fərq etməz. Nurçular, vahabilər hətta ermənilər belə Azərbaycanda bir məktəb tiksələr siz onlara "şərəfli" statusunu verəcəksiniz.

Fazil bəy! Yazınızı oxuyanda "şərəfsizlər" sözünün şiələrə ünvanlandığı açıq-aşkar bilinir. Şiəlik bu xalqın ənənəvi məzhəbidir. Bu xalq məktəbsiz deyil ki, hansısa bir məktəb tikdirməlidir. Məktəbi olmayanlar məktəb tikir.

Nurçulara gəldikdə isə həmin məktəblərdə balalarımıza elm öyrətmək adı altında öz ideologiyalarını aşılamaları heç kəsə gizli deyildir. Xalqımızın övladlarına yad bir ideologiyanı aşılamaqla yanaşı, onları tariximizə və tarixi şəxsiyyətlərimizə bədbin edirlər. Mən dəfələrlə onların məktəbini bitirən məzunlarla təmasda olmuşam. Onlarda Azərbaycanın böyük oğlu Şah İsmayıl Xətaiyə qarşı qəribə bir kin və nifrətin olduğunu görürəm. Bunun səbəbi nədir "acaba"?

"Siğədən doğulanlar" ifadəsinə gəldikdə isə deməliyəm ki, bu nikah qanunu şiə məzhəbinin fiqhində təsbit olunmuşdur. Bununla yenə şiələri təhqir etmisiniz. Bu haqqı sizə kim vermişdir? Indiyə qədər bircə nəfəri göstərə bilərsinizmi ki, bu yolla dünyaya gəlsin? Gəlin belə bir müqayisə edək: Azərbaycanda dini kəbin kəsdirmək qanunda nəzərdə tutulmayıb, indi kimlərinsə bunu əlində bəhanə edib bizə vələdüz-zina deməyə haqqı varmı? Əlbəttə ki, xeyir. Çünki, bütün din və məzhəb mənsubları, hətta bütpərəstlər belə öz qanununa uyğun kəbin kəsdirsələr, o kəbin düz, onlar da halalzadədirlər. Bu bütün islam təriqətlərinin birmənalı olaraq qəbul etdiyi bir nəzərdir, cənab təriqətlər əleyhinə dissertasiya müdüfiə edən!

Azərbaycanda kifayət qədər dini kəbin deyil, "zaqs"la dünyaya gələnlər var, indi bizim onlara "kəbinsiz dünyaya gələnlər" deməyə haqqımız varmı?

Ümumiyyətlə bu cür cahilanə yanaşmalar, bu təhqirlər məzhəblərarası söhbətləri qızışdırır. Siz bunu bilməmək qədər cahil deyilsiniz. Müsəlmanların indiki dövrdə ən çox birliyə ehtiyacı olduğu halda bu sözlərlə kimin dəyirmanına su tökmək istəyirsiniz?

"Mən heç bir təriqəti qəbul etmirəm" fikrinə gəldikdə isə mümkünsüz bir iş olmaqla yanaşı, həm də adətən yaşadığı cəmiyyətin ideologiyasını deyil başqa bir ideologiyanı qəbul etmiş, amma özünü bu və ya digər səbəbdən gizlədən insanlara xasdır. Xüsusilə son dövrlərdə "nə şiəyəm, nə də sünnü, Quran yolu gedən əsl müsəlmanam" deyə fikir səsləndirən vahabiləri görürük. Elşad Miri kimilər də özünü bu yolla gizlətmək istəyirlər.

Əgər biz qəbul etsək ki, doğrudan da siz heç bir təriqəti qəbul etmirsiniz, onda yeni bir təriqət yaratmış olursunuz. Çünki, hər bir təriqət elə digər təriqətləri qəbul etmədiyi üçün yaranıb, cənab təriqətlər əleyhinə dissertasiya müdafiə edən!

Məhərrəm ayı girəndən siz aqressivləşmisiniz, hirsiniz o həddə çatıb ki, xalqı artıq təhqir edirsiniz. Tövsiyəmiz budur ki, məhərrəmlik girəndə aşura mərasimləri keçirilməyən qeyri-müsəlman bir ölkəyə (əgər tapa bilsəniz) istirahətə gedəsiniz. Elə bir normal ölkənin olmadığını nəzərə alsaq, onda bircə ölkə qalır, o, da Ermənistandır. Qoy bu mərasimlərdə səsləndirilən "Hüseyn vay" sədaları qulağınıza dəyməsin. Əsəbləriniz də sakitləşər.

Allah Təala bu xalqı fitnəkarlardan qorusun. Amin!"

az.islam.az

Tarix
2013.12.03 / 14:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla