Yuxarı

Nazirlikdən elektron poçt istifadəçilərinə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"MX Lab" elektron poçt vasitəsi ilə yayılan "my new photo ;)" mövzulu yeni troyanı aşkar edib.

Bu troyan antivirus proqramları vasitəsi ilə çox çətin aşkar edilir, saxta e-poçt mesajı vasitəsilə göndərilir.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə onlara göndərilmiş bu məzmunlu e-poçt mesajlarını açmamağı və e-poçt mesajına əlavə edilmiş faylı kompüterə yükləməməyi tövsiyə edir.

Mərkəzdən Axar.az-a verilən məlumata əsasən, e-poçt mesajına əlavə edilmiş arxiv faylın adı photo.zip-dir, photo.exe fayl genişlənməsi ilə 57 kb həcmindədir. Troyan "HEUR/QVM03.0.Malware.Gen" və ya "Win32:Malware-gen." zərərli proqram təminatının bir növüdür.

Onu da qeyd edək ki, 53 antivirus proqramından yalnız 2-si bu troyanı aşkar edə bilib.

Tarix
2014.10.22 / 10:45
Müəllif
Günay Ali
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla