Yuxarı

İlham Rəhimovun ikinci kitabı Ankarada çap edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun rus dilində çapdan çıxmış "Filosofiya prestupleniya i nakazaniya" kitabı türk dilində ("Suç ve Ceza felsefesi") Ankaranın məşhur EkoAvrasiya mətbəəsində nəşr edilib.

Qeyd edək ki, "Suç və cəza" kitabından sonra "Suç ve Ceza felsefesi" kitabı İ.Rəhimovun türk dilinə tərcümə edilmiş sayca ikinci kitabıdır.

"Filosofiya prestupleniya i nakazaniya" ("Cinayət və cəzanın fəlsəfəsi") kitabı 2013-cü ildə Sankt-Peterburq şəhərində rus dilində çapdan çıxmış və 2014-cü ildə Azərbaycan dilinə tərcümə edilərək Bakı şəhərində, "Şərq-Qərb" Nəşriyyat Evi tərəfindən çap edilib.

Nəfis şəkildə nəşr olunmuş kitabda cinayət hüququnun cinayət və cəza ilə bağlı olan başlıca problemləri tədqiq edilmiş, cinayətin mənbəyi, cəzanın mahiyyəti, cinayətkarlığın, cəzalandırmanın gələcək məsələləri haqqında geniş şərh verib. Kitab hüquq üzrə ali məktəblərin tələbələri, magistr və doktorantları, müəllimləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçilər və praktiki fəaliyyətlə məşğul olan mütəxəssislər, eləcə də, filosoflar, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizə problemi ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub.

Yaxın günlərdə İstanbul şəhərində İ.Rəhimovun "Suç və cəza" və "Suç ve Ceza felsefesi" kitablarının təqdimat mərasimi keçiriləcək.

Tarix
2014.10.22 / 18:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla