Yuxarı

Mübariz Qurbanlı məhv ediləcək biznesin anonsunu verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda vəhhabilərin nəhəng biznesinin mövcudluğu barədə faktlar artıq toplanıb.

Axar.az-ın əldə etdiyi məlumatlara görə, hüquq-mühafizə orqanlarının vəhhabilərin biznes şəbəkəsi barədə araşdırmaları başa çatıb və materiallar toplanıb. Hazırda Azərbaycanda olduqca geniş iqtisadi imkanlara sahib vəhhabilərin biznes şəbəkəsinin məhv edilməsinə başlanılır.

Mənbənin sözlərinə görə, paytaxtın "Binə", "Sədərək", "Bakıxanov" ticarət mərkəzlərində vəhhabilər geniş bizneslə məşğul olurlar. Həmçinin, Bakıda məşhur restoranları, telekom şirkətləri, kombi satışını həyata keçirən onlarla mağazaları fəaliyyət göstərir. Bu obyektlərdən əldə olunan gəlirlər radikalların təşkilatlanmasına və fəallaşmasına yönəldilir. Eyni zamanda, xəvaric, təkfirçi qüvvələrin Suriyaya göndərilməsinə maliyyə cəhətdən dəstək verilir.

Redaksiyamıza gələn xəbərlərə görə, vəhhabilərin iqtisadi imkanlarının dövlətin təhlükəsizliyi baxımından nəzarətə götürülməsi prosesinə start verilib.

Bunun anonsunu isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən müşavirədə verib. Komitə sədri vəhhabilərin iqtisadi bazalarını dağıdacaqlarını deyib:

"Azərbaycanda radikal dini cərəyanların yayılmasına imkan verməyəcəyik. Onların iqtisadi bazasını məhv edəcəyik. İdeoloji bazası ilə mübarizə isə dindarların işidir".

Tarix
2014.10.23 / 17:10
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla