Yuxarı

Dünya teatr biliciləri Bakıya toplaşır - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 5-6-da Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.

Axar.az xəbər verir ki, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq təşkil edilən konfrans dünyanın nüfuzlu teatr qurumlarının təmsilçilərini və mütəxəssisləri bir araya gətirəcək.

Dövlət Musiqili Teatrında gerçəkləşəcək budəfəki konfrans "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" mövzusuna həsr olunub.

Qeyd edək ki, III Bakı Beynəlxalq Teatr Konfransına ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, CAR, Hollandiya, Avstraliya, İrlandiya, Rusiya, BƏƏ, İspaniya, Mərakeş, Kuba, Ukrayna, Polşa, Türkiyə, Estoniya, Gürcüstan, Bolqarıstan, Almaniya, Yunanıstan, İsrail, Küveyt, Makedoniya, Oman, Suriya, Finlandiya, Bəhreyn, Avstriya, Hindistan, İraq, İran, Litva, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Rumıniya, Kolumbiya və s. ölkələrdən nümayəndələrə qatılacaq. Dünya teatr sənətinin müasir problemləri elmi müstəvidə təhlil olunacaq, mütəxəssislər fikirlərini bölüşəcəklər.

Tədbir çərçivəsində "Müasir teatrşünaslıq" (akademik Nelli Korniyenko, Ukrayna), "Rejissor və aktyor sənəti" (Paddi Kannin, Böyük Britaniya), "Səhnəqrafiya" (İosif Yuçupov, ABŞ və Luis Yansen, Hollandiya) mövzularında treninqlər keçiriləcək, fikir mübadiləsi aparılacaq.

Tarix
2014.10.24 / 19:00
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla