Yuxarı

Ana terrorçuya ərə gedən qızını belə xilas etdi – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızının İŞİD-ə qoşulması ilə barışa bilməyən hollandiyalı ana bütün dünyanı heyrətə gətirib.

Axar.az xəbər verir ki, bu ilin fevralında İŞİD-in məşhur simalarından sayılan türk əsilli İsrafil Yılmaz ilə evlənən Sterlinanın peşmançılığına öz doğma anası son qoyub.

İŞİD-in məşhur simalarından sayılan Yılmaz dünyaca məşhur bir neçə dərgiyə müsahibə verdikdən sonra populyarlaşıb. Bundan vəcdə gələn 19 yaşlı Sterlina sosial şəbəkə vasitəsi ilə terrorçuya evlilik təklif edib. Yılmazın "hə" cavabından sonra Suriyaya gedən Sterlina müsəlmanlığı qəbul edərək terrorçu ilə evlənib. Adını dəyişərək Aişə qoyan qızcığazın qara günləri də bundan sonra başlayıb.

Bir neçə dəfə anası Monikayə məktub yazan Aişə yaşadığı ərazini "cəhənnəm" adlandıraraq kömək istəyib. Qızının çətin vəziyyətdə olduğunu hiss edən ana dəfələrlə polisə gedərək kömək istəyib. Lakin polis "Qızınızı qurtarmaq üçün heç bir şey edə bilmərik. Ora çox təhlükəlidir. Ayrıca öz istəyi ilə gedib. Suriyadakı terror təşkilatına kömək etmək Hollandiya qanunlarına görə cinayətdir", - deyərək bundan imtina edib.

Bu sözlərdən sonra ümidsizliyə qapılan ana bir dəfə Türkiyəyə gələrək Suriyaya keçmək istəsə də, niyyəti baş tutmayıb.

Bir müddətdən sonra ana Suriyada terrorçuların əhatəsində olan qızından yenə mesaj alıb. Qızının ahu-zar dolu məktubunu oxuyan ana yenidən Suriyaya gedərək qızını azad etmək qərarına gəlib.

Öncə Türkiyəyə gələn Monika qaçaq yolla Suriya ərazisinə keçib. Qızının yaşadığı Rakka şəhərinə gələn qəhrəman ana Feysbuk vasitəsi ilə qaçış planı cızıb.

Qızının Rakkadan çıxmasına nail olan ana yenə qaçaq yolla Türkiyə ərazisinə keçib. Lakin qızı Sterlinanın pasportu terrorçu ərində qaldığından onun Hollandiyaya qayıtması problem yaradıb. Həm də qanunsuz olaraq Türkiyə sərhədini keçdiyinə görə Sterlina məsuliyyət daşıyırdı. Bu zaman ana yenə qəhrəmanlıq göstərərək Hollandiya Xarici İşlər Nazirliyinə müraciət edib. Hollandiya hökumətinin işə qarışması nəticəsində məsələ həll olunub və bu gün ana-bala Hollandiyaya yola salınıb.

Bu arada hollandiyalı qızcığazın könül verdiyi terrorçu İsrafil Yılmaz Suriya TV kanallarından birinə müsahibə verib. Türkiyənin Adana bölgəsində doğulan və sonralar ailəsi Hollandiyaya köçən Yılmaz bu reportajında birinci düşməninin Suriya rejimi, ikinci düşməninin isə İŞİD olduğunu deyib.

Hollandiyada 2 il hərbi xidmət keçən Yılmaz mükəmməl təhsil alıb. 26 yaşlı terrorçunun 3 dil bildiyi deyilir. Terrorçular arasında ən intellektual hesab olunan Yılmaz İngiltərənin "Tayms", Fransanın "Le Monde" və Amerikanın "Nyu York Tayms" qəzetinə müsahibə verərək yaşanan qırğınlarda günahkar Bəşər Əsədin olduğunu deyib.

Bir müddət əvvəl mətbuatda Yılmazın İŞİD-ə qoşulduğuna dair xəbərlər gedib. Lakin Yılmaz görüntülərdə bunu təkzib edərək əsas düşməninin Bəşər Əsəd və İŞİD olduğunu deyir.

Onun müsahibəsini təqdim edirik:

Tarix
2014.11.20 / 19:48
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla