Yuxarı

Neft Fondu 6,6 milyard dollar itirə bilər – Rəy

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftin qiymətinin ucuzlaşması və Rusiyada baş verənlər ilk növbədə xarici ticarət balansına təsir edir".

Axar.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının təsirlərə məruz qalması hökumətin seçdiyi kursdan asılı olacaq:

"Dünya iqtisadiyyatında çox sürətli proseslər başlayıb. Yalnız neftin qiymətlərinin ucuzlaşmasının deyil, həm də regionumuzda hökmran mövqeyə malik olan Rusiyanın iqtisadiyyatında müşahidə olunanlar Azərbaycanda da iqtisadiyyatı çox maraqlı edib. İqtisadiyyatımız hər 2 tərəfdən olan təsirlərə dözə biləcəkmi?

Milli iqtisadiyyatımızın bu təsirlərə nə qədər davam gətirməsi hökumətin yeni şəraitdə seçdiyi kursdan asılı olacaq. Əgər dünya bazarında neftin gələn ilki orta qiyməti bugünkü səviyyədə qərarlaşarsa, onda söylənilən proqnozla müqayisədə Azərbaycan Dövlət Neft Fondunun mənfəət neftinin satışından itkiləri il ərzində 6,6 milyard dollar, Azərbaycan Dövlət Neft Şirkətinin itkiləri isə 700 milyon dollar ətrafında olacaq".

İqtisadçı Rusiyada milli valyutanın sürətlə dəyərdən düşməsini qeyri-neft məhsullarının ənənəvi ixrac bazarını iqtisadi cəhətdən əlverişiz edəcəyini bildirib:

"Son statistik məlumatlar göstərir ki, neftin qiymət ucuzlaşması və Rusiyada baş verənlər ilk növbədə xarici ticarət balansına təsir edir. Belə ki, bu ilin 11 ayında əvvəlki ilin eyni dövrünə nisbətən xam neftin ixracatında 1 milyard dollar azalma qeydə alınıb. Ümumilikdə isə müqayisə olunan dövr üzrə ixracat 1,2 milyard dollar azalıb ki, onun da 400 milyon dolları Rusiyaya ixracatın payına düşür. Göründüyü kimi, Rusiyada milli valyutanın sürətlə dəyərdən düşməsi qeyri-neft məhsullarının ənənəvi ixrac bazarını iqtisadi cəhətdən əlverişiz edir. Dövr ərzində idxalatın da 1,6 milyard dollar aşağı düşməsi bütövlükdə xarici ticarət dövriyyəsinin 2,8 milyard azalmasına gətirib çıxarıb. Bütün bunlar makroiqtisadi siyasətə təsirsiz ötüşməyəcək. İndi hazırda hökumətin qarşısında duran ən vacib məsələ təsirlərin və onların yaratdığı risklərin düzgün idarə olunmasıdır" .

Tarix
2014.12.18 / 19:20
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla