Yuxarı

İşçiləri icra başçısının adından pul mənimsəyib – Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron Rayon İcra Hakimiyyətinin MKTB rəisi Hüseyn Həsənov və Təmir Tikinti İdarəsinin rəisi Şəhriyar Əhmədov Mehdiabad qəsəbə sakini Elçin Ağamalıyevi aldadaraq əmlakını və pulunu mənimsəyiblər. Belə ki, hər iki vəzifəli şəxs görəcəyi təmir-tikinti işlərinin müqabilində ona Abşeron Rayon İcra Hakimiyyətinin hesabından lazımı miqdarda vəsait verəcəklərini vəd ediblər.

Şəhriyar Əhmədovun qeyri-adi təmir üsulları

Bu barədə Axar.az-a E.Ağamalıyevin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov məlumat verib. Bildirib ki, bir ildən artıq vaxt keçməsinə baxmayaraq vətəndaşın pulu ödənilməyib:

"Abşeron Rayon İcra Hakimiyyətinin Təmir Tikinti İdarəsinin rəisi Şəhriyar Əhmədov 2013-cü il tarixdən köhnə beşmərtəbə və doqquzmərtəbə binaların bloklarının və giriş qəfəslərinin təmiri ilə bağlı E.Ağamaliyevlə əməkdaşlığa başlayıb. Onlar E.Ağamaliyevə bildiriblər ki, görüləcək işlərin pulu Abşeron Rayon İcra Hakimiyyətinin hesabından ödəniləcək. Elçin Ağamalıyev dövlət struktru ilə iş gördüyünü düşünərək şəxsi avtomobilini və digər əmlaklarını sataraq görülən işlərə xərcləyib".

Ümumi məbləği 91 min manatdan artıq olan borcun ödənilməsindən müxtəlif bəhanələrlə yayınan Ş.Əhmədov və H.Həsənov hər dəfə bunu İcra Hakimiyyətinin hesabında pulun olmaması ilə əlaqələndiriblər. Hər iki şəxs büdcəyə pul köçürülən kimi görülmüş işlərin pullarının ödəniləcəyini bildirib. Lakin aylarla davam edən bu haldan narahat olan E.Ağamalıyev Zakir Fərəcovla görüşdürülməsini xahiş edib. Lakin həmin şəxslər bundan imtina edib:

Briqada Hüseyn Həsənovun evində də işləyib

"Müvəkkilim E.Ağamaliyev 2014-cü ilin əvvəlində Hüseyn Həsənovla razılığa gələrək görülən işin müqabilində ona ticarət üçün yer ayırmasını istəyib. H.Həsənov Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan iki zirzəminin təmir edilməsi müqabilində həmin zirzəminlərdən birini Elçin Ağamalıyevin adına keçirəcəyinə və ticarət obyekti kimi işlədəcəyinə söz verib. Amma bu dəfə də aldadıb".

S.Vəkilov E.Ağamalıyevin rəhbərlik etdiyi təmir-tikinti briqadasının H.Həsənovun Qubadakı şəxsi evində və bacısının evində də işlədiklərini deyib.

Haraya və nə qədər xərclənib?

Hər iki şəxslə görülmüş işlərin siyahısını sizə təqdim edirik:

1) Quba şəhərində Hüseyn Həsənova məxsus ("Panda" oteli yaxınlığında) 2 mərtəbəli villada təmir işləri - 1180 manat.

2) Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin təmir işləri - 5670 manat

3) Hüseyn Həsənova məxsus (Xırdalan dairəsində yerləşən) çayxananın təmiri - 1493 manat.

4) Xırdalan şəhəri 21-ci məhəllədə yerləşən Xeyir-şər evi - 2864 manat.

5) İcra Hakimiyyətinin işçisi Mirzə müəllimin evi - 200 manat.

6) Hüseyn Həsənovun bacısına məxsus şəxsi mənzilin təmiri və Seçki Məntəqəsi binasının dam örtüyünün və içərisinin təmiri – 3.270 manat.

7) Blokların təmiri – 66.580 manat.

Cəmi görülən işlərin 91 min 857 manat dəyəri olduğunu deyən S.Vəkilov bu məbləğin 49 min 900 manatının ödənildiyini, qalan 41 min 957 manatın isə hələ də "işbazların" əlində qaldığını bildirib:

"Əlavə olaraq H.Həsənovla razılaşdırılan qeyri-yaşayış sahəsinin təmiri üçün və digər işlərə görə E.Agamalıyevə 15 min 202 manat ödənilməlidir. Adıçəkilən iki şəxsin müvəkkilim Elçin Ağamaliyevə borcunun ümumi məbləği 57 min 159 manat təşkil edir".

Məsələnin araşdırılması üçün Abşeron Rayon İcra Hakimiyyəti başçısı Zakir Fərəcova müraciət etdiyini deyən hüquq müdafiəçisi ötən bir ayda məktuba cavab almadığını bildirib. S.Vəkilov briqadanın əmək haqqının ödənilməsini təmin etmək üçün İcra Hakimiyyətini məhkəməyə verəcəklərini deyib.

Qeyd edək ki, gün ərzində Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin rəisi Hüseyn Həsənov və Təmir Tikinti İdarəsinin rəisi Şəhriyar Əhmədovla danışmaq cəhdlərimiz baş tutmadı. Məsələni diqqətdə saxlayacağıq.

Tarix
2014.12.20 / 10:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla