Yuxarı

BMT-dən qərar: “İsrail təzminat ödəməlidir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrailin Livana təxminən 700 milyon avro təzminat ödəməsi ilə bağlı qərar qəbul edib.

Axar.az xəbər verir ki, keçirilən səsvermədə İsrailin təşkil etdiyi hava hücumu nəticəsində yaranan neft fəlakəti səbəbiylə Livana təzminat ödəməsi 170 səslə qəbul edilib.

Hüquqi məcburi qüvvəsi olmayan səsvermə zamanı İsrail, ABŞ, Kanada, Avstraliya, Mikroneziya və Marşall adaları qərarın əleyhinə səs verib.

Xatırladaq ki, İsrail Hizbullahın iki əsgərini qaçırdıqdan sonra 2006-ci ildə Livandakı müxtəlif infrastruktur obyektlərinin bombalanması üçün genişmiqyaslı hava hücumları təşkil etmişdi. Sahilə yaxın bir neftayırma zavoduna endirilən zərbələr nəticəsində 15 min ton xam neft Aralıq dənizinə axmış, Livan ilə Suriyanın 150 kilometrlik sahil sərhədində yayılmışdı.

Birləşmiş Millətlər qərarında İsrailin "birbaşa təsir edən digər dövlətlərə" də təzminat ödəməsi lazım olduğu ifadə edilsə də, bu qərar Suriyaya aid edilməyib.

Tarix
2014.12.22 / 10:21
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla