Yuxarı

Dərman firmalarının qara günü: Yoxlamalar davam edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri paytaxt ərazisində dərman satışı ilə məşğul olan firmalarda ciddi yoxlamalar aparır.

Axar.az xəbər verir ki, təftiş posesi hələ bir müddət davam edəcək. Məqsəd dövlət qeydiyyatı və satılan məhsulun keyfiyyəti, istehsal tarixi haqda bilgi olmayan preparatların satılması ilə məşğul olan bəzi işbazların fəaliyyətini ifşa etməkdir.

Yoxlamaların iri apteklər şəbəkələrini əhatə edəcəyi isə istisna edilmir.

Bildirək ki, artıq ciddi nəzarət nəticəsində bir sıra faktların qarşısı alınıb. Belə ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944A saylı məhəllədə fəaliyyət göstərən "Murad Farm" MMC-yə məxsus aptekdə yoxlama keçirilib.

"Report.az"ın məlumatına görə, keçirilən yoxlama zamanı aptekdə satışı aparılan və Azərbaycanda dövlət qeydiyyatına alınmayan 46 adda dərman preparatı aşkarlanaraq müsadirə edilib. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktına görə "Muad Farm" MMC-yə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq protokol tərtib olunub.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Səhiyyə Nazirliyi tərəfindən "Murad Farm" MMC-yə pərakəndə satış əczaçılıq fəaliyyətinə verilən xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılıb.

Tarix
2015.01.24 / 00:41
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla