Yuxarı

İki nazirlik Bərdədə toplandı - Hərb/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə şəhərində Silahli Qüvvələrin Tibb Xidmətinin və Səhiyyə Nazirliyinin birgə regional təlim toplanışı keçirilib.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Tibb Baş İdarəsinin, Hərbi Tibb Fakültəsinin və Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Bərdə Müalicə-Diaqnostika Mərkəzində keçirilən birgə təlim toplantısını Silahli Qüvvələrin Baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Babayev açaraq məruzə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib.

O, "Hərbi travmalar zamanı cərrahi yardımın təşkili, odlu silah yaralarının müalicə xüsusiyyətləri. Hərbi travmalarin müalicəsində müasir yanaşmalar" mövzusu ilə çıxış edib.

Sonra, Silahli Qüvvələrin Baş reanimatoloqu, tibb xidməti polkovniki, Azərbaycan Respublikasının əməkdar həkimi Vüqar Abdullayevin "Hərbi travmalar zamanı anestezioloji-reanimasyon yardımın təşkili və göstərilməsi xüsusiyyətləri" və Hərbi Tibb Fakültəsi rəisinin elmi işlər üzrə müavini, tibb xidməti polkovnik-leytenantı, tibb elmləri namizədi Pərviz Məmmədovun "Silahlı Qüvvələrin Tibb Xidməti və Səhiyyə Nazirliyi arasında elmi əməkdaşlığın təşkili və koordinasiyası" mövzusunda çıxışları dinlənilib.

Tarix
2015.01.31 / 11:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla