Yuxarı

Gecə 4-də küçələrdə gəzən qızı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orta statistik azərbaycanlılara görə, kifayət qədər normal maaş alıram. Ayı borcsuz başa vurub maddi istəklərimi tam olmasa da, qarşılaya bilirəm bu pulla.

Sadəcə, bəzi gələcək planlara görə daha çox çalışmaq, daha çox pul qazanmaq lazımdır. Belə ki, özümə ikinci (axşam-gecə növbəsi) iş axtarmaq qərarına gəldim. Həftəsonu "istirahətimi" evdə iş elanı saytlarında özümə uyğun iş axtarmaqla keçirdim. Tapa bilmədim. Daha doğrusu, axşam-gecə növbəsi işlərinin hamısı (məsələn, ofisiant) yüngül əxlaqlı qadınlara görə idi. Yəni, bizim cəmiyyət məcbur eləyir ki, bunu belə qəbul edək. Qəbul edək ki, 12-dən sonra evə gələn, dükana düşən, taksiyə minən qadın əxlaqsızdır. Normal ailə qızı 12-dən sonra çöldə nə gəzir (bu məqamda ən mədəni ifadəni işlədirəm)? Normal ailə qızı qısa yubka ilə niyə universitetə gedir? Normal ailə qızı niyə bu qədər bəzənir? Normal ailə qızı yaşı çatan kimi (bu yaş ən yaxşı halda 18-22 arasıdır) ərə gedib, evinin xanımı, uşaqlarının anası olmalıdır.

Normal ailə və normal ailə qızı?!

Ailəmizin standart ailə normalarına uyğun, bizim indiyə qədər sürdüyümüz həyat tərzinin normal olub-olmadığını kim müəyyənləşdirə bilər, kim müəyyənləşdirir? Normaları kim qoyur axı? Varlıları müdafiə edən, suçlu olduğu halda haqlı hesab edən "qanunlar"? Yoxsa tinlərdə gedib-gələn qadınların rəddini güdən əli təsbehli qədeşlər?! Bu suallar ətrafında bir az düşünək, məncə...

Səhər açılandan "gündəmimizi" yeni məsələ məşğul edib. Rektor qızı küçədə bir neçə oğlan tərəfindən döyülüb. Nə palaza bürünüb ellə sürünənlərdənəm, nə də fitnəyə gedənlərdən, sadəcə, bu dəfə illərlə öz köşələrindəki fikirləri ilə millətə adil olmağı, qanunun milli-mental dəyərlərdən üstün tutulmalı olduğunu diktə edənlərin belə bu məsələyə "gecə 4-də küçədə olan qızı döyərlər də, söyərlər də" kimi şərhlər verməyinə dözə bilmədim. Bir insanın küçədə, yolun ortasında bir neçə adam tərəfindən döyülməyi bir qıraqda qalıb, məsələyə "Normal qız uşağı saat 4-də küçədə nə gəzir? Professor qızı içkili halda o vaxt haradan gəlirmiş?" kimi absurd tərəflərindən yanaşır yurdumun "aydınları".

Təbii qəbul etməliyik ki, Azərbaycanda bir qadın insan olmazdan əvvəl kiminsə arvadı, anası, bacısı, sevgilisi, qızıdır. Təkcə, qadındır desək belə, cəmiyyətimizə bələd insan üçün məsələ aydın olar, məncə.

Bir müddət əvvəl Türkiyədə marşrut sürücüsü tərəfindən təcavüz edilərək öldürülən Özgəcan Aslan olayına adil yanaşan adamların başqa bir qadına zorakılığa haqq qazandırmasını anlamaq olmur. Bu qadın niyə günahkar olur? Gecə gec saatda evə gəldiyinə görə? İçkili olduğuna görə? Professor qızı olduğu halda "əxlaq mücəssəməsi" olmadığına görə? Yoxsa, sadəcə Azərbaycan qadını olduğuna görə?!

Hər hansı bir insan içki də içə bilər, siqaret də çəkə bilər, hətta əxlaqsız da ola bilər, onunla yaranan problemi həll etməyin sivil, insani, hüquqi yolları var. Yox, əgər kimsə onu döyərək cəzalandırmaq yolunu seçirsə, buna haqq qazandırmaq özü də bir cinayətdir.

Acı olsa da, etiraf eləməliyik: bizim cəmiyyət illərdir "ərgənlik dövrü"nü yaşayır, yəni bütün hadisələrə emosional yanaşaraq tez-tələsik qərar verib, əksər hallarda da səhv edir. "İctimai qınaq" kimi vacib faktor formalaşmayıb cəmiyyətimizdə. Bizim cəmiyyətimizdə "ictimai qınaq" yoxdur, "ictimai təhqir", "ictimai təhdid" var təəssüf ki!

Normal ailə, cəmiyyət insanı heç kimin qınamağa haqqının olmadığını bilməlidir. Unutmayın, heç kim qınadığını yaşamadan ölmür, ölməyəcək.

Siz nə qədər "normal ailə qızı" hesab eləməsəniz də, məlum xanım əsil azərbaycanlı xanımı, normal ailə qızı kimi sevgilisindən (dostundan, tanışından) polisə şikayət etməyərək "döyülmədiyini, sadəcə onlar tərəfindən sakitləşdirildiyini" bildirib...

İlaxır çərşənbəniz mübarək!

Tarix
2015.03.17 / 21:00
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla