Yuxarı

Daha bir ana və uşaq öldü - Həkim terroru

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamda ana və uşağı doğuş zamanı dünyasını dəyişib.

ANS-in verdiyi məlumata görə, əslən işğal altındakı Ağdərə rayonundan olan məcburi köçkün 35 yaşlı Mətanət Həbibova gecə saatlarında doğum sancıları ilə Ağdam rayon Üçoğlan kənd xəstəxanasına gətirilib.

Doğuşda iştirak edən xəstəxananın həkimi Saçlı Qurbanovanın dediyinə görə, qadın xəstəxanaya daxil olarkən artıq uşaq ana bətnində dünyasını dəyişibmiş. Kəskin qanaxma nəticəsində ananın da həyatını xilas etmək mümkün olmayıb.

"Cift vaxtından əvvəl qopduğuna görə, uşağın anayla əlaqəsi kəsilib və məhv olub. Cifti çıxardıq, qanaxmaya qarşı tədbir gördük. Lakin qadını xilas edə bilmədik", - deyə Saçlı Qurbanova bildirib.

Hadisə barədə Mətanət Həbibovanın yaxınları danışmaq istəməyiblər.

Qeyd edək ki, bu qadının birinci hamiləliyi olub.

Hazırda baş vermiş faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix
2015.03.25 / 16:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla