Yuxarı

Prezident seçkisi qan içində davam edir - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada prezident və parlament seçkiləri keçirilir. "BBC-Azərbaycanca" yazır ki, prezidentlik uğrunda əsas mübarizə hazırkı dövlət başçısı Qudlak Conatanla sabiq prezident, general Məhəmməd Buhari arasında gedir.

Seçkilər fevralda keçiləcəkdi. "Boko Haram" təşkilatının əlində olan bəzi ərazilərə nəzarəti qaytarmaq məqsədilə təxirə salınmışdı. Prezidentliyə namizədlər zorakılığa son qoyacaqlarını vəd ediblər. Səsvermə 36 ştatda və paytaxt Abucada keçirilir.

Bir sıra seçki məntəqələrində növbələrin yarandığı bildirilir. Səsvermə barmaq izlərilə təsdiqlənən biometrik kartlar vasitəsilə aparılır.

Buhari prezident seçkiləri uğrunda mübarizəyə 4-cü dəfədir ki, qatılır. Onun dövründə uzun müddət sürən hərbi idarə 1999-cı ildə sona çatıb. O zamandan bəri PDP hakim partiya olaraq qalmaqdadır. Həcminə görə Afrikanın ən iri iqtisadiyyat sahibi - Nigeriya həm də aparıcı neft istehsalçısıdır.

Seçkilər günü səsvermə məntəqələrinə "Boko Haram" təşkilatının hücumu nəticəsində 6 adam öldürülüb. 2011-ci ildən bəri generalla prezident arasında hakimiyyət uğrunda çəkişmə 800 adamın ölümünə səbəb olub.

Tarix
2015.03.29 / 01:39
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla