Yuxarı

Nuru paşanın əsgərinin nəticəsi Əliyevdən əmr gözləyir

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsində:

 

Bu dəfə "Cəbhə xətti"mizdə Əliyev Cavanşir Vahid ogludur.

 

O, 1974-cü il iyulun 18-də Qubadlı rayonunun Sarıyataq kəndində anadan olub. 1991-ci ildə orta mətəbi bitirdikdən sonra BDU-nun Hüquq fakültəsinə sənədlərini verib, lakin konkursa düşüb. Sonra Birinci Qarabağ döyüşlərinə qatılıb. Bundan öncə kəndlərində yaradılan özünümüdafiə batalyonunda döyüş təcrübəsi keçib. Ordudan tərxis olduqdan sonra Azərbaycan Bədən Tərbiyəsi Akademiyasına daxil olub, 2002-ci ildə oranı qırmızı diplomla bitirib. Evlidir, iki övladı var.

 

- Cavanşir bəy, sizi cəbhə xəttinə çəkən nə oldu?

 

Yazıdüzündən başlayan yazı

 

Ali məktəbə qəbul ola bilmədikdən sonra düşündüm ki, vətənimin müdafiəsinə qalxmalıyam. Elə də oldu, baxmayaraq ki, mən hələ bundan öncə kəndimizdə yaradılan özünümüdafiə batalyonuna qoşulmuşdum. Amma həqiqi hərbi xidmətə 1992-ci ildə çağırıldım. Beləcə, məni Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin batalyonuna götürdülər. Orada iki ay təlim keçdikdən sonra göndərdilər ön cəbhəyə. İlk döyüşüm Yazıdüzü deyilən istiqamətdə oldu.

 

İlk döyüş

 

- İlk döyüşdə əsgərdə hansı hislər olur?

 

- Mən artıq ilk döyüşüməcən müəyyən qədər döyüşüb-öyrəşmişdim, böyüklərimdən təcrübə toplamışdım. Düzünü deyim, döyüşün öz qorxusu, inamı, qüruru var. Mən yalnız qələbə haqda düşündüyüm üçün qorxunu yenmişdim artıq.

 

Səhərə yaxın idi... Düşmən ağır texnikalarla müntəzəm olaraq bizi atəşə tuturdu. Çünki biz mərkəzdə olurduq, onlar bizi atəşə tutmaqla Laçın rayonu istiqamətində irəliləmək istəyirdilər. Bütün istiqamətlərə gedən yol bizim mövqelərdən keçirdi. Burada çox şiddətli atışmamız oldu, hər iki tərəf itki verdi. Onların 40-a yaxın texnikasını məhv etdik və Laçının Güləbird istiqamətində irəliləmələrinin qarşısını aldıq. Onların meyitləri də biz tərəfdə qaldı. Həmin meyitləri Laçın rayonundan əsir götürülmüş bir ailə ilə dəyişdik. Bu, çox uğurlu əməliyyat oldu. İnanın, biz döyüşlərdə demək olar ki, həmişə düşmənin güclü texnikası qarşısında daha mərd döyüşərək, sadəcə, qranatamyot və avtomatlarla onları darmadağın etmişik. Amma nə olsun, bu gün torpaqlarımız işğaldadır. Məsələn, o döyüşdən xatirimdə qalan bir şey var. Orada Biləsuvar rayonundan Ziyafət adlı dostumun qarın nayihəsini mərmi dağıtmışdı. Əlimi tutmuşdu, ölmək istəmirdi. Deyirdi, kömək edin... (gözləri dolur). Mənə bir bıçaq və üstündəki silah maqazinini verdi, dedi ki, mənə bir şey olsa, xatirə kimi saxlarsan. Amma şükürlər olsun ki, Allah onu bizlərə bağışladı. Ölmədi. Heyf ki, 1995-ci ildən onu görə bilmirəm.

 

8 saatlıq atşmadan sonra

 

1992-ci il dekabr ayının birində bəlkə də həyatım boyu unuda bilməyəcəyim döyüş oldu. Ermənilər əvvəlcədən qurduğu plana əsasən, Yuxarı Cibili-Əyin kəndi isdiqamətində hücuma keçib, bizim durduğumuz Seyidhacı kəndini dörd bir tərəfdən mühasirəyə aldılar. Burada qızğın və dəhşətli bir döyüşə girdik. 8 saatlıq atışmadan sonra üstümüzə böyük texnikayla gəlməsinə baxmaraq, düşməni geri oturtduq. Xeyli tələfat verdilər, meyitləri də biz tərəfdə qaldı, qaçdılar. Bizim 3 yaralı, 5 şəhidimiz oldu. Bu, dəhşətli döyüş idi. Mən bu döyüşdə uşaq vaxtı, sovet filimlərindəki səhnələri xatırladım. Aman Allahım, bunu danışmaqla anlatmaq olmaz, ancaq gərək yaşayasan. Bizi yüksəklikdən, dörd bir tərəfdən atəşə tutmasına baxmayaraq, düşməni məhv etdik. Komandirimiz başda olmalqa, hər kəs qəhrəmanlıq etdi. Bu döyüşdə əsas ona çalışırdıq ki, nə olursa-olsun, yaralılarımızın, şəhidlərimizin düşmən əlinə keçməsinə imkan verməyək.

 

Əliyar Əliyev üstümə cumdu...

 

Yeri gəlmişkən, rəhmətlik komandirim, Milli Qəhrəmanımız Əliyar Əliyev Laçın istiqamətində ağır bir döyüşə girmişdi. Həmişəki kimi, qüvvələr bərabər deyildi. Ermənilər rus ordusunun texnikasıyla irəliləyirdi. O vaxtlar da mən bölük komandiri idim. Tabeliyimdə yeni əsgərlər vardı, onlara təlim keçmişdim, amma yenə deyirəm, güclər bərabər deyildi. İçi mən qarışıq, hər əsgərə cəmi 30 patronumuz vardı. O vaxt ordumuzda Suvarov adlı bir polkovnik vardı, bizim 19 əsgəri elə bir yerdən döyüşə saldı ki, həmən yerdən düşmən bizi tət-tək dənləyə bilərdi. Amma içimizdəki vətən sevgisi, bir az da patrondan ağıllı istifadə etməmiz bizi xilas etdi. Burdan çıxdıqdan sonra bizi rəhmətlik Əliyar komandirin yanına apardılar. O, üstümə qəzəblə cumaraq dedi: "Kim sənə ixtiyar verib ki, bu körpə əsgərləri belə təhlükəli döyüşə salmısan?" Mən də ona raport verdim ki, Suvarov bizə əmr etdi, mən də çarəsiz qaldım, bunları döyüşə saldım!

 

Aypara şəklində ölüm...

 

Bir dəfə də yenə ermənilər yüksəklikdən bizə ani hücuma keçdilər, qızğın döyüş başladı. Təsəvvür edin ki, onlar aypara şəklində bizi qıracaqdılar, yəni yüksəklikdən biz onlara aypara şəklində görünürdük. Nə isə, bu döyüşdə 3 gün mühasirədə qaldıq. Orada ayaqqabımı, geydiyim gedəkçəni, papağımı belə güllələr dəlik-deşik etmişdi. Yəni o dərəcədə dəhşətli döyüş idi. Bizi ordan komandirimiz xilas etdi. Komandir boynumdan tutub məni özüylə birgə 15 metr hündürlükdən aşağı atdı. Orda bir dostum qarnından minamyotla vurulmuşdu. Bütün bağarsaqları, iç orqanları yerə tökülmüşdü. Bilirsiz, bir insanın öz iç orqanlarını görə bilməsi, "məni xilas edin" deməsi nə deməkdir! Sözlə izah edilməyəcək dəhşətdir. Səsi hələ də qulaqlarımdadır. (Yenə gözləri dolur...)

 

Yolumu gözləyən vardı

 

- Dəhşətli şeylər yaşamısız. Bəs sizin yolunuzu gözləyən bir sevdiyiniz varmıydı? Yəqin bunu düşünmək də bir dəhşət idi...

 

- Bəli, hər bir gənc kimi sevdiyim, yolumu gözləyən vardı, amma nə olsun, anam da, ailəm də yolumu gözləyirdi. Vətən olmadansa bu saydıqlarımızın heç biri var ola bilməz. Mən "Öncə Vətən" dedim.

 

Erməniləri dəfn edirdik...

 

- Bizim döyüşçüləri onlarla necə müqaisə edərdiz? Məsələn, əsir aldığınız, əlinizə keçən erməni meyitlərilə necə davranırdınız? Axı onlar bizim dirilərə verilən işgəncələr bir yana, hətta meyitlərimizdən belə qisas alıblar.

 

- Düzünü deyim də. Komandirlər bizə imkan vermirdi ki, onlara işgəncə verək. Çünki biz əsirləri öz əsirlərimizlə dəyişirdik. Qaldı ki müqayisəyə... Biz onların meyitləri iylənməsin deyə, dəfn belə edirdik, onlarsa bizimkilərə qarşı vəhşilik edirdilər! Belə də ki, sıravi türk əsgərini erməni generalı ilə belə müqaisə etmək istəməzdim. Bütün hallarda bizim əsgərimiz şərəflidir, qürurludur.

 

- Sevgidən söz düşmüşkən, sizin batalyonda xanım döyüşçülər varmıydı - necə döyüşürdülər? Onlara münasibətiniz necə idi?

 

- Bax, bu, həssas məsələdir, yaxşı ki, soruşdun. Biz bu gün varlığımızı, əlimizdə qalan bu torpaqları da xanım döyüşçülərə borcluyuq, desəm, yalan olmaz. Onlar bizim bütün dərdimizə, yaramıza məlhəm idilər. Bizdə İradə adlı bir xanım vardı. Onu heç unutmaq olarmı? Kişi kimi döyüşürdü, bizə kömək edirdi.

 

Düşmənin iki helikopterini vuran Azad...

 

- Düşməni necə məhv edirdiz?

 

- Biz düşməni əsasən əks zərbələrlə məhv edirdik. Cəbrayıl rayonunda Dağtumas yüksəkliyi deyilən bir yer var. 30 nəfər həmən istiqamətdə döyüşə girdik. Dərviş Piri deyilən isdiqamətdə bizim postumuz vardı, amma onlar bizdən bir kilometr uzaqdan həmin istiqaməti minalamağa başladılar. Yenidən 3 tank, iki PDM, bir də Janna adlı snayperin ağ "Niva"sı ilə hücuma keçdilər. Amma Allaha şükür, onların texnikasını məhv etdik, sonra iki tank bizə köməyə gəldi. Bu tankçılardan biri - Əlövsət... mən ona Milli Qəhrəman deyərdim... - başladılar bizə köməyə. Sonra düşmənin o qədər texnikası üstümüzə gəldi ki, geri çəkilməli olduq. Həmin döyüşdə onun tankını vurdular. Şəhid oldu.

 

Azad adlı əsgərimiz isə düşmənin iki helikopterini pulemyotla vurub salmışdı. Biz o helikopterin birini düzəldib Milli Orduda ermənilərə qarşı isdifadə etməyə başladıq, biri isə yanaraq düşmüşdü deyə, isdifadəsiz halda idi. Amma bu gün həmin qəhrəman əsgər - Azad hardadı, ona nə qədər dəyər vermişik...

 

Həyatımı ona borcluyam

 

- O vaxt ayağınızı kəsmək istəyiblər...

 

- Mən bir müddət də kəşfiyyatda olmuşam. Bir gün bizə əmr gəldi ki, düşmən tərəfə keçmək lazımdı. Keçdik. Həmin əməliyyatda ayağımdan vurdular. Ayağımın bütün sümükləri qırılmışdı. Amma öncə Allahıma, sonra  bizim bir ləzgi cərrahımız vardı - Rafiq doktor - ona borcluyam. Məni Bakıya aparıb ayağımı kəsmək istəyirdilər. Amma o, izn vermədi. Altı ay ayağım göydən asılı qalsa da, məni sağaltdı.

 

Müharibə kitabları

 

- Cavanşir bəy, demişdiz ki, müharibəyə aid kitablar oxuyursuz, həqiqi müharibədə olanlarla bu kitablarda yazılanlar arasında nə kimi fərq var?

 

- Mən bütün mövzularda kitab oxuyuram, eləcə də müharibə mövzusunda. Kitab təqdimatlarına da gedirəm. Mənə kitab hədiyyə edirlər. Gənclərimizi də mariflənndirirəm bu kitablarla. Qaldı ki kitabadakıyla həqiqi döyüşün fərqinə, biri var, kimsə təxəyyülüylə hərəkət edib kitab yazır, bir də var həqiqi döyüş. Həqiqi döyüşün içində özün gözünlə şahid olursan bütün dəhşətlərə. Kitablarda o dəhşətlərin mində biri də yoxdu.

 

Niyə oldu, nə üçün oldu - bilmirəm!

 

- Son döyüşünüz necə oldu?

 

- Sonuncu döyüşüm Qubadlının işğalından sonra oldu. Bizi Qubadlı işğal olmuşdu deyə, Ağdam rayonuna gətirdilər. Orada daha bir dəhşətli döyüşümüz oldu. Həmin ərəfədə ailəmə mənim də ölüm xəbərimi vermişdilər, xalam oğlu, onun atası da itkin düşmüşdü orda. Anam mənim və xalam oğlunun ölüm xəbərinə dözməyərək özünü o vaxtlar məskunlaşdığımız sanatoriyanın 3 mərtəbəsindən atmışdı. Biz evdə 3 qardaş idik, üçümüz də döyüşürdük, amma mən evin sonbeşiyi olduğum üçün anam dözmürdü. İndi düşünürəm ki, 5 il döyüşdük, ancaq hər şey puç oldu. Niyə oldu, nə üçün oldu - bilmirəm! Bu döyüşlərdə əmim oğlu Aqil Məmmədov şəhid olub - Milli Qəhrəmandır, xalam nəvəsi şəhid olub, əmim nəvəsi itkin düşüb, bibim oğlu da 1993-cü ildə şəhid oldu. İki qardaşım Qarabağ qazisidir. Nəhayət, mən mərhum Prezidentimiz Heydər Əliyevin sərəncamıyla, 1996-cı ildə tərxis oldum. Başladım 8 nəfərlik ailəmizlə bir otaqlı evdə yaşamağa. Gecə-gündüz işləyərək bir otaq daha tikdik. 1997-ci ildə Bədən Tərbiyəsi Akademiyasına qəbul oldum, 2002-ci ildə akademiyanı qırmızı diplomla bitirdim. Evləndim. Özüm idmançıyam, 1989-cu ildə - 14 yaşımdaykən ağır atletika üzrə SSRİ idman ustası adını almışdım. 2000-ci ildə Qubadlı rayonunun "Həkəri" futbol kulubunu yaradıb təsis etmişəm, hazırda da futbol kulubumuz fəaliyyət göztərir.

 

- Necə dolanırsız?

 

- Özüm futbol məşqçisi işləyirəm. 130 manat Prezident təqaüdü alıram, 180 manat pensiya. Kirayədə yaşayıram. Söz yox, ailəmi dolandırmaq üçün bu yetərli məbləğ deyil, amma Vətən sağ olsun, nə edək? Bu gün Ali Baş Komandandan tək istəyim var: bizə silah versin, əmr etsin nəslimin, şəhidimin yatdığı torpağı xilas edək. Üzüqarayıq... torpaq alınsa, bir gün bu şəhərdə qalmaz, gedib torpağımda yaşayaram.

 

Təşəkkür məktubları

 

- Gənclərimizə nə deyərdiniz?

 

- Gəlin, sizə bir şey deyim. Mən 17 il Qubadlı 2 saylı məktəbində hərbi müəllim işləmişəm. Şagirdlərimə verdiyim təhsillə, onların əsgərlikdə gösdərdiyi uğurlala bağlı mənə Müdafiə Nazirliyindən təşəkkür məktubları gəlib. Gənclərə məsləhət görərdim ki, hərbi sirləri mükümməl öyrənsinlər, vətəni qarşılıqsız sevməyi öyrənsinlər. Qarşılıqsız edilən fədakarlıqlar uğurla, qürurla sona çatır. Məsələn, dədəm Əli Türkiyənin Kahraman Maraş vilayətindəndir, Nuru paşanın əsgəri olub. Buraya Bakını azad etməyə gələndə döyüşdən geri qayıtmayıb. Nənəmlə evlənib. Bax, biz bu kişilərin nəvə-nəticələriyik, türkük, qürurluyuq. Biz əsgər doğulub, əsgər ölməliyik.

Tarix
2015.03.29 / 10:00
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla