Yuxarı

Amerika polisi bir ildə 1001 nəfəri öldürüb - Şok faktlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dünyada ən zəngin və güclü dövlət olaraq qalır.

Analtika.az xəbər verir ki, "The Economic Collapse" bloqu bu dövlət haqda şok statistik faktları dərc edib. Ekspert Maykl Snayder, ABŞ əhalisinin böyük hissəsinin belə xəbərsiz olduğu faktları seçərək açıqlayıb. Bundan əlavə, beynəlxalq informasiya sistemində də amerikalıların həyatının bu aspektləri zəif təmsil olunub, çünki bunlar əsas statistikaya bu gün elə də təsir etmirlər. Bu faktların heç də hamısı o qədər də dəhşətli deyil. Amma ekspertlər hesab edirlər ki, bu faktların bəziləri bu gün olmasa da, bir müddətdən sonra ABŞ üçün və deməli həm də bütün dünya iqtisadiyyatı üçün əsl başağrısı ola bilər.

1. Çin Xalq respublikası 2011-2013-ci illər ərzində ABŞ-ın bütün XX əsr ərzində işlətdiyindən daha çox sement istifadə edib.

2. 2014-ci ildə Amerika polisi 1001 nəfəri öldürüb. Həmin müddət ərzində bu göstərici Kanada polisi üçün 14 nəfər, ÇXR polisi üçün 12 , Almaniya polisi üçün isə 0 -dır.

3. Alyaska ştatı ərazisinə görə 429 dəfə Rod-Aylend ştatından böyükdür, əhalisinin sayına görə isə ondan xeyli geri qalır.

4. Amerika prezidenti Lindon Conson "yoxsulluqla mübarizəyə" başlayanda, amerikalı uşaqların 10% -i natamam ailələrdə böyüyürdüsə, bu gün onların statistik göstəricisi artıq 33%-dir.

5. 1950-ci ildə nikahdankənar doğulan uşaqların sayı 5% -dən az idi. Bu gün isə bu göstərici 40%-ə qədər artıb.

6. 2013-ci ildə ABŞ-da verilən bakalavr diplomlarının 60 faizinin sahibi qadınlardır.

7. AmerikalılarIın zibil vedrəsinə atdıqlarının 20%-ini yemək təşkil edir.

8. ABŞ-da işsizlərin sayı rekord səviyyədə qalır .

9. Son tədqiqatlar göstərir ki, dünyanın daha bir rəqib güclü dövləti olan Rusiyanın əhalisinin 81%-i amerikalılara pis münasibət bəsləyib nifrət edir, bu isə soyuq müharibə illərinin müvafiq göstəricisindən çoxdur.

10. Kaliforniya gerbində təsvir edilmiş Qrizli ayısı bu ştatın simvoludur. Lakin ayını bu ştatda sonuncu dəfə 1922-ci ildə görüblər.

11. ABŞ-da iş yerlərinin 47%-ini robotlar və digər süni şəkildə yaradılmış işçilər tuta bilər. Bu zaman əhalinin daha zəif təbəqəsi işsiz qalacaq.

12. ABŞ-da satış üçün qəhvə yetişdirilən yeganə yer - Havay adalarıdır.

13. Aparılan sorğunun nəticələri göstərir ki, ABŞ-də 50 yaşında insanların yalnız 12% -i özlərini həqiqətən xoşbəxt hiss edirlər.

14. ABŞ-da hər 1 min nəfərə 845 avtomobil düşür. Bu rəqəm Yaponiyada 593, Almaniyada 540-dır.

15. Amerikalılar orta hesabla gündə 10 saatlarını bu və ya digər elektron qurğuya (kompüter, smartfon və s. ) sərf edir.

16. Amerikalıların 48% -in "qara gün" üçün ehtiyatları yoxdur.

Tarix
2015.03.31 / 14:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla