Yuxarı

Sultan Süleymanın ürəyinin basdırıldığı yer tapıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanda 6 sentyabr 1566-cı ildə Zigetvar qalasını mühasirəyə aldığı zaman şəhid olan onuncu Osmanlı sultanı Sultan Süleyman Qanuninin daxili orqanlarının basdırıldığı yer tapılıb.

Axar.az xəbər verir ki, Zigetvar qalasının məsul işçisi Yanos Lebedi Qanuni Sultan Süleymanın daxili orqanlarının basdırıldığı yerin iki ildən bəri araşdırıldığını, Zigetvar şəhəri yaxınlığında 18 yerdə qazıntı aparıldığını deyib.

1972-ci ildə 40 metr uzunluğu, 10 metr eni olan üzüm bağında arxeoloji qazıntı aparıldığını deyən Yanos Lebedi bu qazıntı zamanı Osmanlı imperatorluğuna aid üç memarlıq abidəsi tapıldığını da əlavə edib:

"Qazıntılar aparılan vaxt kommunist rejimi bunu sirr kimi saxlayıb və tapılan qalıqları torpaqdan çıxarmayıb. Üzüm bağının hər tərəfində bu qalıqlara rast gəlmək mümkündür. Arxivdə olan sənədlərdə Sultan Süleyman Qanuninin daxili orqanlarının da burada olduğu bildirilir".

Qeyd edək ki, Qanuninin nəşi dağılmadan İstanbula aparılması üçün mumiyalanmışdı. Buna görə də ürəyi və daxili orqanları çıxarılaraq müşk və ənbərlə yuyulub basdırılmışdı.

Tarix
2015.04.01 / 10:30
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla