Yuxarı

Bütün kinoteatrlarda “Toy” olacaq – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının 16-dan etibarən Azərbaycanın bütün kinoteatrlarında "Toy 2" filminin nümayişi başlayacaq.

Filmin yaradıcı heyətindən Axar.az-a verilən məlumata görə, film 2005-ci ildə ekranlara çıxan "Toy" filminin ikinci hissəsidir. Film 10 il aradan sonra tamaşaçılara yeni obrazlar və fərqli ssenari ilə təqdim olunacaq.

Filmin ssenari müəllifi və rejissoru hamının "Tək Səbir "verilişindən tanıdığı aparıcı Həsən Əliyevdir. Quruluşçu operator Delee, quruluşçu rəssam Səbinə Abbasova, baş prodüser Şahin Qafarovdur. Baş rolları isə Anar Xəlilov və Edqar İsayev oynayıb. Filmin çəkilişləri 2014-cü il noyabr ayında Lerik rayonunun Piran kəndində aparılıb.

Filmdə hadisələr Azərbaycanın ucqar kəndində, bir dam altında yaşayan Qeyrət və onun qayınatası Səftərin başına gələn sərgüzəştlərdən bəhs edir: "Taleyin acı hökmü ilə uzun illər birlikdə yaşayan bu "cütlük" xaricdən təşrif buyurmuş qonağın başıbəlalı leksiyasının qurbanına çevrilirlər. O andan etibarən Qeyrət və Səftər nəyin bahasına olursa-olsun, öz təmiz adlarını ləkədən qurtarmalıdırlar. Amma necə?!"

Tarix
2015.04.02 / 02:20
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla