Məşhur türk aktyoru Oktay Kaynarca Gəzi hadisələri ilə
bağlı danışıb.
Axar.az türk mətbuatına istinadən xəbər verir ki, daha öncə Gəzi
hadisələrində aktiv iştirakı ilə bağlı "Getdim, yenə də gedərəm"
deyən Oktay Kaynarca indi fərqli mövqe ortaya qoyub.
O, Gəzi hadisələri haqda danışarkən xüsusilə sənətçiləri tənqid
edən mövqe sərgiləyib. Daha öncə Gəzi etirazlarına getdiyini
"Həyatın içində olmağı sevirəm, hər şeyi həyat kimi yaşayıram.
Əlbəttə ki, getdim, yenə gedərəm", - sözləri ilə ifadə edən
Kaynarca Gəzi hadisələrinə qoşulmağın doğru addım olmadığını,
aktyorların və sənətçilərin bu hadisələri tənqid etməli olduqlarını
bildirib.
"Sabah" qəzetinə açıqlama verən aktyor "Məndən soruşsanız, Gəzi
başdan-ayağa bir səhv idi. Biz aktyorlar hadisələri sənətimizlə
tənqid etməliyik, əks təqdirdə böyük planların kiçik marionetləri
olarıq", – deyib.
"Mən də insanam, səhv edə bilərəm"
"Yazı dili ilə danışıq dili ayrıdır. Bəzən dostlarımızla
danışmaq əvəzinə yazışırıq ha, əslində, o mesajlaşma nəticəsində
bir çox şey yanlış başa düşülür. Dediyim və arxasında durduğum
yanlış başa düşülsə belə, doğru şeylər varmı? Var. Yanlış yazdığım
və yanlış atdığım addımlar varmı? Təbii ki, var. Mən insanam, səhv
edə bilərəm. Dünən hansı mövqedə idimsə, bu gün də həmin yerdəyəm.
Bəziləri mənim olduğum yerə sonradan gəlib. Onlar da insandır,
onlar da səhv edə bilərlər".
Xatırladaq ki, ötən günlərdə "saxtakarlıq" ittihamı ilə 15 il
həbsə məhkum edilməsi tələb olunan aktyor yeni çəkildiyi bir filmlə
bağlı ondan alınan müsahibədə Gəzi hadisələrinə toxunaraq özünü
müdafiə edib.