Yuxarı

Nazir qohumunun qətlinin istintaq - Təfərrüatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda keçən ilin sentyabr ayında qətlə yetirilən 1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlunun öldürülməsi ilə bağlı bəzi bəzi təfərrüatlar məlum olub.

Hüquq-mühafizə orqanlarından Report-a daxil olan məlumata görə, hadisədən dərhal sonra mərhum F.İsgəndərovun ailə üzvlərinin ifadələri alınıb. Onun həyat yoldaşı və qızlarının hadisə ilə bağlı ziddiyətli ifadələr verməsi istintaqı aparan müstəntiqlərdə şübhə doğurub. Lakin F.İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərova və qızı Əmanə İsgəndərovanın cinayəti törətməsi barədə kifayət qədər dəlil-sübut olmadığından, onlar hadisədən sonra sərbəst buraxılıblar. Buna baxmayaraq, istintaq-əməliyyat tədbirlərini davam etdirən hüquq-mühafizə orqanlarının əməkdaşları X.İsgəndərova və Ə.İsgəndərovanın mobil telefonlarını məhkəmə qərarı ilə dinləmə nəzarətinə alıblar. Təxminən səkkiz ay X.İsgəndərova və Ə.İsgəndərova istintaqın qərarı ilə izlənilib, onların həyat tərzi öyrənilib. Onların ölkədən kənara çıxmasına qadağa qoyulub. Nəhayət, istintaqçılar F.İsgəndərovun məhz ana və qızı tərəfindən qətlə yetirməsi barədə dəlil-sübutlar toplayandan sonra onlar saxlanılıb. Cinayət işinin istintaqının aparılması isə artıq Nizami Rayon Prokuroroluğundan alınaraq Bakı Şəhər Prokuroroluğuna həvalə edilib. Hazırda hadisənin baş verməsinin səbəbləri araşdırılır. F.İsgəndərovun qətlində başqa kimlərinsə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət reyestri Xidmətinin rəis müavini olub. Onun həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.

Tarix
2015.05.06 / 12:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla