Yuxarı

İŞİD azərbaycanlı qadınları satır – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İslam dövləti" qüvvələrinin seks köləsi etdiyi qadınlar arasında azərbaycanlılar da var.

Axar.az xəbər verir ki, BMT baş katibinin xüsusi nümayəndəsi Zeynəb Banqurin hesabatında yezidilər, xristianlar, şiələr, türklər, azərbaycanlılar və türkmənlərin adı çəkilir. Qeyd edilir ki, İŞİD qadınları kölə kimi satır.

"Təmiz Dünya" Qadınlara Yardım Təşkilatının rəhbəri Mehriban Zeynalova isə virtualaz.org-a bildirib ki, kölə kimi satılan azərbaycanlı qadınlar əsasən ərlərinin təkidi ilə ölkədən gedənlərdir.
Onun sözlərinə görə, BMT-nin də təsdiqlədiyi kimi, qadınların kölə kimi satılmasında insan alverinin elementləri mövcuddur.

Hüquq müdafiəçisinin fikrincə, qadınların geri - vətənə qayıtmaları üçün ilk növbədə əsas güc yenə BMT-nin, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatının üzərinə düşür.

M.Zeynalova hesab edir ki, bu qadınlar ərləri tərəfindən ideoloji beyinyuma prosesi ilə üzləşmiş şəxslər olduqlarından məsələyə həssas yanaşmaq lazımdır.

Son 5 ildə 152 ölkədən olan qurbanlar istismar məqsədilə 500-dən çox daimi marşrut üzərindən 124 ölkəyə daşınıb. Hər il 20 milyondan artıq şəxsin insan alverinin qurbanına çevrildiyi güman edilir.

Tarix
2015.05.25 / 09:00
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla