Yuxarı

Dünyanın ən kasıb prezidenti: “Kəfənin cibi yoxdur”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uruqvayın sabiq prezidenti Xose Muxika dünya liderlərinin zəngin həyat tərzinə münasibət bildirib.

Axar.az xəbər verir ki, İspaniyanın Madrid şəhərində "Casa de America" təşkilatında çıxış edən sabiq lider hamının eyni tərzdə yaşamalı olduğunu deyib:

"Demokratiyalarda əksəriyyət necə yaşayırsa, elə yaşamaq lazımdır. Pulu olan bir qism azlıq kimi deyil. Sadəlik azad olmaq üçün hər şeydən yaxşıdır. Həyat tərzimə görə mən fenomen-filan deyiləm. Fenomen onlardır. Mənim bir günahım yoxdur. Maddi mövzular həyatımı çətinləşdirmir. Yaşım 80-i ötür. Kəfənin cibi yoxdur".

Xatırladaq ki, 1935-ci il mayın 20-də dünyaya gələn Muxika 1960-1980-ci illərdə diktatura əleyhinə silahlı mübarizədə iştirak edib. O, "Tupamaros" partizan qrupunun (rəsmi adı "Milli Azadlıq Hərəkatı"dır) üzvü olub və terror aktları, bank soyğunları, girov götürülməsi də daxil olmaqla müxtəlif qarşıdurma üsullarından istifadə edib. Altı dəfə vurulub və 15 il həbs həyatı yaşayıb.

2010-2015 illərdə Uruqvay prezidenti olan Muxika 1 mart 2015-ci ildə kreslosunu Tabari Vazquezə təhvil verib.

Tarix
2015.05.30 / 15:48
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla