Yuxarı

“İpək Yolu”nun qurucusu ömürlük həbs edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternet üzərindən narkotik maddələrin satıldığı "Silk Road"ın (İpək Yolu) qurucusu Ross Ulbrixt ömürlük həbsə məhkum edilib.

Axar.az xəbər verir ki, "Dread Pirate Roberts" saxta ad ilə 2011-ci ildə İpək Yolunu quran 31 yaşlı Ulbrixtə cəzanı ABŞ Region Məhkəməsi elan edib. Hakim Ubrixtə 183 milyon dollar pul cəzası da verib.

Son söz olaraq danışan Ulbrixt dəyişdiyini, əvvəlki səhvlərini təkrarlamayacağını deyib:

"Dəyişdim. İpək Yolunu qurduğum zamanlardakı insan deyiləm. İndi bir az daha çox ağıllıyam".

Daha sonra saytdan narkotik aldıqdan sonra həlak olan iki insanın ailəsindən üzr istəyən Ulbrixt əsl məqsədinin narkotik ticarəti yox, insanları gücləndirmək olduğunu deyib.

Nyu Yorkun Broklin həbsxanasında cəzasını çəkən Ulbrixtin anası oğlunun həbsdə olduğu müddətdə məhkumlara riyaziyyat, fizika və yoqa dərsləri keçdiyini açıqlayıb.

Xatırladaq ki, fevral ayında başlanan istintaq zamanı məlum olub ki, Ulbrixtin komandası qısa müddət ərzində sayt üzərindən 1 milyard 200 milyon dollar dəyərində narkotik satıb.

Tarix
2015.05.30 / 17:41
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla