Yuxarı

"Xəzər qazı Avropa üçün yeganə mənbədir"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin ötən ilin dekabrın 1-də Türkiyə səfərində elan etdiyi "Türk axını" qaz kəməri layihəsi ilə bağlı vəziyyət Moskva əleyhinə sürətlə dəyişir. Layihənin icrasında açar ölkələrdən hesab olunan Makedoniya Moskvaya "gedin Brüssellə razılaşın" deyir. Brüsselin isə "Türk axını"na münasibəti aşkardır.

Rusiyanın baş tutmayan "Cənub axını" layihəsinin keçmiş iştirakçısı olan Serbiya da "Qazprom"dan asılılığı azaltmaq planlarını elan edib. Amma Belqrad iki həftə əvvəl Rusiyanın istəyinə uyğun siyasət aparırdı. Rusiya xarici işlər naziri Sergey Lavrovun iki həftə əvvəl Belqrada səfərində onun serb həmkarı İvisa Daçiç "Türk axını"na dəstək verdiklərini bəyan etdi. O, Belqradın "enerjidaşıyıcılarının etibarlı çatdırılmasına" ehtiyacının olduğunu bildirdi. Amma bir həftə əvvəl bu ölkənin prezidenti Tomislav Nikoliç bildirdi ki, "Türk axını"na birləşmək mümkün deyil, çünki bu halda Serbiya əlavə xətt çəkməli olacaq. O, əlavə edib ki, Serbiyanın strateji hədəfi Avropa Birliyidir. İyunun əvvəlində isə dövlət başçısı ABŞ-a yola düşür.

Serbiyanın baş naziri Aleksandr Vuçiç isə "Assoşieyted Press"ə müsahibəsində deyib ki, onun ölkəsi Azərbaycan qazını Avropaya nəql edəcək TAP (Trans-Adriatik Pipeline) kəməri layihəsinə qoşulmağa hazırdır. "Biz Serbiya üçün qaz təchizatını şaxələndirməyə hazırıq, bu, bizim amerikalı dostlarımız üçün də çox mühümdür" – deyə baş nazir bildirib.

Publika.az xəbər verir ki, Avstriyanın "WirtschaftsBlatt" nəşri Serbiyanın Rusiya təbii qazından öz asılılığını azaltmaq istədiyini, buna görə də Belqradın hazırda Birləşmiş Ştatların xoşuna gəldiyini yazıb.

Nəşr yazır ki, hazırda TAP kəməri Cənubi Avropanın qazla təminatı üçün yeganə marşrut hesab edilir: "TAP kəməri planlaşdırılma mərhələsindədir. Kəmər 2019-cu ildən Azərbaycan qazını İtaliyanın cənubuna nəql etməyə başlamalıdır.

Qeyd edək ki, Azərbaycan "Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını 2013-cü ilin iyunun 28-də rəsmən açıqlayıb. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq.

"Kəmərinin 211 kilometri keçəcəyi Albaniya da TAP layihəsinin reallaşdırılmasında mühüm rol oynayır. Nəticədə regionda Albaniyanın əhəmiyyəti artır. Göründüyü kimi, bunu artıq onun qonşuları da anlamağa başlayırlar", - Avstriya nəşri yazıb.

Avropa Birliyi də anti-Rusiya xarakteri daşıyan layihələrin həyata keçirilməsi üçün pul ayırmaq niyyətindədir. Avropa Komissiyası "Balkan layihələri"nin reallaşdırılması üçün bir milyard avro ayırmağa söz verib.

Tarix
2015.05.30 / 19:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla