Yuxarı

İŞİD ən böyük cinayətini törədib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in Suriyadakı antik şəhər Palmiradakı muzeyin qarşısında olan məşhur aslan heykəlini parçaladığı təsdiqlənib.

Axar.az xəbər verir ki, Suriya Muzeylər və Tarixi Əsərlər rəhbəri Məmun Əbdülkərim İŞİD-in Palmira Muzeyinin qarşısında olan 1900 illik "Əl Lat Aslanı" heykəlini parçalara ayırdığını təsdiq edib.

AFP-yə açıqlama verən Əbdülkərim belə deyib: "İŞİD yaraqlıları bənzərsiz və əvəzsiz bir əsər olan "Əl Lat Aslanı"nı keçən həftə yox edib. Bu, İŞİD-in bu günə qədər Palmiranın mədəniyyət mirasına qarşı işlədiyi ən böyük cinayətdir. Zərər görməsin deyə böyük dəmir lövhələr və qum torbaları ilə əhatələnmişdi, amma təbii ki, İŞİD-in gəlib yerlə-yeksan edəcəyini bilməzdik".

İŞİD terror təşkilatı Palmiradakı heykəllərdən bəzilərini qaçıran bir qaçaqmalçını Hələbdə tutduğunu da iddia edib və onun əlindəki 8 büstü xalqın gözü qarşısında çəkiclərlə parçaladığına dair bir foto paylaşıb.

Xatırladaq ki, İŞİD Suriyanın antik şəhəri olan Palmiranı mayın 21-də ələ keçirib. Məmun Əbdülkərim mayın 24-də Hz. Məhəmmədin əmisi oğlunun nəslindən gələn Məhəmməd bin Əli ilə başqa bir önəmli din adamı Nizar əbu Bahəddinə aid türbələrin partladıldığını açıqlamışdı.

Tarix
2015.07.04 / 01:14
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla