Yuxarı

Kerriyə məktub: “Terakt törədən naziri bağışladınızmı?”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kerriyə məktub: “Terakt törədən naziri bağışladınızmı?”

Argentina Xarici İşlər naziri Ektor Timerman ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerriyə məktub ünvanlayıb. Vaşinqtona göndərilən məktubda 18 iyul 1994-ci ildə paytaxt Buenos-Ayresdə ölkə tarixinin ən qanlı terror aktı - Yəhudi Dərnəyinə (AMEA) təşkil edilən hücumla əlaqəsi olduğu bildirilən İranın sabiq müdafiə naziri general-mayor Əhməd Vahidinin İnterpolun axtarış siyahısından çıxarılıb-çıxarılmadığı soruşulub.

Axar.az xəbər verir ki, nazirlikdən verilən məlumatda 27 iyulda "Wall Street Journal"da nəşr olunan bir məqalədə ABŞ-ın İranla imzaladığı nüvə razılaşmasının şərtlərindən birinin də Əhməd Vahidinin axtarışdan çıxarılması olduğu bildirilib. Argentina xüsusi xidmət orqanlarının əldə etdiyi məlumata görə, İngiltərə, Fransa, Rusiya, Çin, Almaniya və Avropa Birliyi (AB) bu şərtlə razılaşıb.

Timerman Kerriyə ünvanladığı məktubda 85 nəfərin ölümünə səbəb olan Əhməd Vahidinin məhkəmə qarşısına çıxarılmalı olduğunu xatırladıb.

AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə də bənzər məktub göndərən Timerman nüvə razılaşmanın AMEA məsələsinə təsirinə toxunub.

Məktublarda Argentina hökumətinin ədalətin təmin edilməsi üçün terrorizmə qarşı qətiyyətlə mübarizə apardığı və insan hüquqlarına tam hörmət göstərilərək hücumla bağlı olan cinayətkarların Argentina məhkəmələrinə çıxarılması üçün yollar axtarıldığı vurğulanıb.

Argentina hökuməti 2013-ci ildə İranla razılaşma imzalayaraq ortaq bir çalışma ilə hücumu araşdırmaq istəmişdi. Lakin ölkədəki yəhudi qruplar Tehranın təqsirli bilinənləri təslim etmədiyini əsas gətirərək müqaviləni tənqid etmişdi.

İki ölkə arasında yaradılan Həqiqət Komissiyası isə Argentina məhkəməsinin komissiyanın konstitusiyaya zidd olduğu qərarını verməsindən sonra fəaliyyətini dayandırmışdı.

Bildirək ki, hadisə ilə bağlı indiyə qədər heç bir dəlil aşkar edilməyib. Tehran rəhbərliyi hücumun reallaşdığı dövrdə İran səlahiyyətlilərinin vəzifələrindən sui-istifadə etməsi və ya hücumla əlaqələri olduğu ilə bağlı yayılan iddiaları bu günə kimi rədd edir.

Tarix
2015.07.30 / 22:26
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla